Alimlərdən şok: 24 saat ərzində 9 ballıq zəlzələ olacaq!
Kamçatkada 9 bal gücündə zəlzələnin olacağı proqnozlaşdırılır. Mediaxeberleri.Az Publika.az-a istinadən xəbər verir ki, yaxın 24 saat ərzində Kamçatkada 6-9 bal gücündə zəlzələnin baş vermə ehtimalı yüksədir. Bu barədə Rusiya Elmlər Akademiyasının Uzaq Şərq bölməsi Vulkanologiya və Seysmologiya İnstitutunun ümumi şurasının avqustun 18-də dərc olunmuş rəyində deyilir. Alimlərin fikrincə, bölgədə baş vermiş zəlzələ Avaça körfəzi ərazisində daha güclü təkanların əlaməti ola bilər. “Biz 18-19 avqust 2024-cü il tarixlərində Petropavlovsk-Kamçatka şəhər aqlomerasiyasında 6-9 bal gücündə təkan yarada biləcək seysmik hadisənin baş vermə ehtimalının artması barədə məlumat verməyi zəruri hesab edirik” - sənəddə deyilir. Petropavlovsk-Kamçatski, Yelizovo, Vilyuçinsk şəhərlərində və Ust-Kamçatsk kəndində 9 bala qədər seysmik təsir gözlənilir. Xatırladaq ki, avqustun 17-də Moskva vaxtı ilə 22:10-da Kamçatka sahillərində 7 bal gücündə zəlzələ qeydə alınıb.