Azərbaycanda qadın müəllim zorakılığa məruz qaldı - FOTO/YENİLƏNDİ
Daxili İşlər Nazirliyi ali təhsilli müəllimin zorakılığa məruz qalması iddiası ilə bağlı məlumat yayıb. DİN-in Mətbuat Xidmətindən Mediaxeberleri.Az-a verilən məlumata görə, Sabirabad rayonunda həyat yoldaşı tərəfindən zorakılığa məruz qalan qadın bu barədə polisə məlumat verib. Qadının izahatı alınıb və polis əməkdaşları tərəfindən onun sığınacağa yerləşdirilməsi təmin edilib. Zərərçəkən şəxs xəsarətlərinin dərəcəsinin təyin edilməsi üçün ekspertizaya göndərilib. Hadisəyə hüquqi qiymətin verilməsi və qadına zorakılıq etdiyi iddia olunan həyat yoldaşının ifadəsinin alınması, eləcə də digər zəruri prosessual hərəkətlərin həyata keçirilməsi istiqamətində araşdırmalar davam etdirilir. xxx 21:00 Bakıda qadın müəllim zorakılığa məruz qalıb. Mediaxeberleri.Az xəbər verir ki, bu barədə “Təmiz Dünya” Qadınlara yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova paylaşım edib. "Ali təhsilli müəllimə təəssüf ki, çox şiddətli zorakılığa məruz qalıb. Hazırda xanıma psixoloji yardım göstərilir sığınacaqda.Vəkilimiz isə onun hüquqlarını qoruyacaq. Bütün bədəni bu halda olan xanımın əri barədə tezliklə ciddi tədbir görüləcəyinə inanırıq", - M.Zeynalova qeyd edib.