ÜST açıqladı: vəba səbəbindən 300-dən çox insan ölüb
Sudanda baş vermiş vətəndaş müharibəsinin səbəb olduğu humanitar böhran vəba infeksiyasının yayılmasına səbəb olub. Mediaxeberleri.Az xəbər verir ki, xəstəlik 300-dən çox insanın həlak olmasına səbəb olub. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəsmi nümayəndəsi Marqaret Harris mətbuat konfransında bildirib ki, vəbaya 11327 yoluxma halı qeydə alınıb, onlardan 316-sı ölümlə nəticələnib. Ölkədə, həmçinin denge qızdırması və meningitə yoluxma hallarının sayı artır.
Oxunub: 194
Xəbəri paylaş
Paylaş: