Rəqibi tərəfindən zəhərlənən şahmatçı DANIŞDI
Rusiyalı şahmatçı Umayqanat Osmanova Dağıstanda keçirilən regional turnirdə ona qarşı törədilən cinayətə münasibət bildirib. Mediaxeberleri.Az xəbər verir ki, avqustun əvvəlində Osmanovanın rəqibi Əminə Abakarova oyun masasına civə tökərək şahmatçını zəhərləməyə çalışıb. “Xeyr, mən əslində bunu istəmirəm (cinayətkarın təqibi). Edilməli olan əsas şey, həqiqətən, bütün səviyyələrdə onu ömürlük diskvalifikasiya etmək və təhsil fəaliyyəti ilə məşğul olmağı qadağan etməkdir. Bu, onun üçün ən ağır cəza olacaq. Bildiyimə görə o, şahmatı çox sevir. Mənim üçün ailəm, övladlarım həmişə birinci yerdədir. Onun isə 40 yaşı var, ailəsi yoxdur, əlində olan tək şey şahmatdır. Mənim üçün belə turnirlərdə iştirak sadəcə oyun, hobbi, həzz, sevimli məşğuliyyət olsa da, onun üçün uzun illər həyatın mənası olub. İstərdim ki, tədbir görsünlər, bunu belə buraxmasınlar, bu işə göz yummasınlar”, – Osmanova “Match TV-yə” müsahibəsində bildirib.