Lukaşenko 30 siyasi məhbusu əfv etdi
Belarus Prezidenti Aleksandr Lukaşenko etiraz aksiyalarına görə məhkum olunmuş 30 nəfəri əfv edib. Mediaxeberleri.Az xəbər verir ki, Lukaşenko bununla bağlı fərman imzalayıb. Bu barədə prezidentin mətbuat xidmətinin yaydığı məlumata görə, əfv olunanların 14-ü qadın, 16-sı kişidir. Onların bəziləri ağır xəstəliklərdən əziyyət çəkir. "Onların hamısı günahlarını etiraf etdilər, əməllərindən səmimi şəkildə peşman oldular və qanuna tabe olan həyat tərzi sürməyə sadiq qalacaqlar", - deyə bildirilib.
Oxunub: 196
Xəbəri paylaş
Paylaş: