Mediaxeberleri.az
    
  • Elsevər Dünyamalıyevin 185 mini ələ keçirilib - Şöbə rəisi olmaq istəyirmiş
    Elsevər Dünyamalıyevin 185 mini ələ keçirilib - Şöbə rəisi olmaq istəyirmiş
  • 
  • Murovdağda itkin düşmüş şəxslərin axtarışı davam etdirilir
    Murovdağda itkin düşmüş şəxslərin axtarışı davam etdirilir
  • 
  • "BİZ AZƏRBAYCANIN DAXİLİ SİYASİ İŞLƏRİNƏ QARIŞMALI İDİK?" - Putindən Paşinyana CAVAB
    "BİZ AZƏRBAYCANIN DAXİLİ SİYASİ İŞLƏRİNƏ QARIŞMALI İDİK?" - Putindən Paşinyana CAVAB
  • 
  • Ramiz Mehdiyev nə qədər rüşvət alıb?
    Ramiz Mehdiyev nə qədər rüşvət alıb?
  • 
  • 300 MANATLIQ YAŞAYIŞ MİNİMUMU DƏYİŞƏCƏK? - Və ya real yaşam xərcimiz nə qədərdir?
    300 MANATLIQ YAŞAYIŞ MİNİMUMU DƏYİŞƏCƏK? - Və ya real yaşam xərcimiz nə qədərdir?
  • 
  • “10-15 İLDƏN SONRA KƏNDLƏRDƏ İNSAN QALMAYA BİLƏR” – “Xüsusi imtiyazları olmalıdır ki...”
    “10-15 İLDƏN SONRA KƏNDLƏRDƏ İNSAN QALMAYA BİLƏR” – “Xüsusi imtiyazları olmalıdır ki...”
  • 
  • Qızı Yaşar Nurini belə yad etdi - Foto
    Qızı Yaşar Nurini belə yad etdi - Foto
  • 
  • Şərurlu İsfəndiyarı məhkəməyə verən iş adamına HÖKM OXUNDU
    Şərurlu İsfəndiyarı məhkəməyə verən iş adamına HÖKM OXUNDU
  • 
  • Dövlət Xidmətinin zabiti Asim Babayev dələduzluq ittihamı ilə həbs edilib
    Dövlət Xidmətinin zabiti Asim Babayev dələduzluq ittihamı ilə həbs edilib
  • 
  • Həmidə Ömərova narazılıq etdi: “Nəinki mənə, heç mənim adımdan danışmaq istəyənlərə də söz verilmədi”
    Həmidə Ömərova narazılıq etdi: “Nəinki mənə, heç mənim adımdan danışmaq istəyənlərə də söz verilmədi”
  • 
  • “HƏM ƏMLAK, HƏM DƏ MALİYYƏ AMNİSTİYASI VERİLMƏLİDİR...” – “Qiymət artımı qaçılmaz olacaq"
    “HƏM ƏMLAK, HƏM DƏ MALİYYƏ AMNİSTİYASI VERİLMƏLİDİR...” – “Qiymət artımı qaçılmaz olacaq"
  • 
  • UKRAYNADA SÜLH ÜMİDLƏRİ YENƏ PUÇA ÇIXIR - Zelenskinin Moldovada üzləşdiyi hadisə təsadüfdürmü?
    UKRAYNADA SÜLH ÜMİDLƏRİ YENƏ PUÇA ÇIXIR - Zelenskinin Moldovada üzləşdiyi hadisə təsadüfdürmü?
  • 
  • Hacı İsmayılov Şarovskinin ölümündən danışdı
    Hacı İsmayılov Şarovskinin ölümündən danışdı
  • 
  • Qazaxda şair Kazım Kazımlının “İydələr çiçək açanda” şeirlər kitabının təqdimat mərasimi keçirilib
    Qazaxda şair Kazım Kazımlının “İydələr çiçək açanda” şeirlər kitabının təqdimat mərasimi keçirilib
  • 
  • Ramiz Mehdiyev işində sensasion adlar - Sərdar Cəlaloğlu, Eldar Namazov...
    Ramiz Mehdiyev işində sensasion adlar - Sərdar Cəlaloğlu, Eldar Namazov...
  • 
  • 300 min mənimsəyən falçıya hökm oxundu
    300 min mənimsəyən falçıya hökm oxundu
  • 
  • Məscidə dua etməyə gedən aktyor cərimələndi - Foto
    Məscidə dua etməyə gedən aktyor cərimələndi - Foto
  • 
  • İcra başçısı vətəndaşların müraciəti ilə yerində tanış olub - FOTOLAR
    İcra başçısı vətəndaşların müraciəti ilə yerində tanış olub - FOTOLAR
  • 
  • İlahiyyatçı: “Haram və günah barədə suallara süni intellektdə cavab axtarmaq dini yöndən qadağandır”
    İlahiyyatçı: “Haram və günah barədə suallara süni intellektdə cavab axtarmaq dini yöndən qadağandır”
  • 
  • Ağstafada arvadını boğdu, öldüyünü düşünüb - Polisə təslim oldu
    Ağstafada arvadını boğdu, öldüyünü düşünüb - Polisə təslim oldu
  • 
  • Uzun illər sonra efirə qayıdır
    Uzun illər sonra efirə qayıdır

Son xəbərlər :
  • Qazaxda 1 Oktyabr - Prokurorluq işçilərinin peşə bayramı qeyd olunub
  • Gürcüstanda türklərin tarixi irsi necə məhv edilir...
  • AzTU-nun təşkilatçılığı ilə “ADEX 2026”da akademik sessiya keçirilib
  • Yardımlıda əlil ailəsi KÖMƏK İSTƏYİR - Prezidentə MÜRACİƏT
  • "ADEX 2026": İki qardaş ölkənin birgə istehsalı olan zərbə PUA-sı
  • Xalasının əri ilə yeyib içdi, sonra bıçaqladı - Abşerondakı cinayətin təfərrüatı
  • İlqar Xəyal uzun müddət sonra görüntüləndi
  • Dövlətçilik tariximizdə dönüş nöqtəsi - MƏQALƏ
  • HAKİM səhvləri və HƏKİM səhvləri... - AKTUAL
  • Azərbaycanda prokurorluq orqanlarının yaranmasının 108 illiyi və prokurorluq işçilərinin peşə bayramıdır
  • Azərbaycanda qadın sevgilisi ilə birgə azyaşlı uşaqlarına əzab verdi - HƏBS
  • Rusiya Ukraynaya qarşı yeni növ drondan istifadə etdi
  • Baş prokuror: "Cinayətlərin təxminən 40-50 faizi yeni informasiya texnologiyalarından istifadə edilməklə törədilir"
  • Millimiz Millətlər Liqasında növbəti sınağına çıxır: Rəqib Lixtenşteyndir
  • Adı dəyişdirildi, sakinləri qovuldu: Gölkəndin azərbaycanlı keçmişi rəqəmlərdə - Foto/Video
  • Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı: Əvəzində nə təklif olunur? - Video
  • ABŞ şirkətləri "ADEX 2026"da - Nələr planlaşdırılır?
  • XƏZƏRDƏ KRİTİK VƏZİYYƏT... - Suyun səviyyəsi sürətlə azalır + VİDEO
  • Bu şəxslər işdən çıxarıla bilməyəcək – YENİ TƏMİNATLAR
  • Azərbaycan Qafqazda "dəhlizlər savaşı"nı qazanır: Bakıda Ermənistanın gələcək taleyi ilə bağlı hansı qərar veriləcək
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

Rəşad Məcid: "Səsvermə günü Mətbuat Şurasında "Qaynar xətt" fəaliyyət göstərəcək"

  • Tarix: 16-08-2024, 16:31

Mətbuat Şurasının sədri Rəşad Məcid "Seçki 2024" Müstəqil Media Mərkəzinin suallarını cavablandırıb:

- Rəşad müəllim, sentyabrın 1-də ölkəmizdə Milli Məclisə növbədənkənar seçki keçiriləcək. Seçki prosesində, xüsusilə təşviqat dövründə medianın əhəmiyyəti olduqca yüksəkdir. Bu mənada, Azərbaycan mediası seçki dövründəki davranışlarını necə tənzimləməlidir?

- Torpaqlarımızın işğaldan azad edilməsindən və suverenliyimizin tam bərpasından sonra ilk dəfə reallaşacaq Milli Məclisə seçkinin media tərəfindən obyektiv işıqlandırılması zəruridir. Jurnalistlərimizin qanunvericiliyin tələblərinə uyğun davranması demokratik dövlət, hüquqi cəmiyyət quruculuğunun dərinləşməsinə töhfə vermək baxımından son dərəcə vacibdir. Bu mənada media subyektlərinin üzərinə həm seçki prosesi dövründə, həm də səsvermə günü mühüm məsuliyyət düşür. Media subyektləri və jurnalistlər seçki prosesindəki fəaliyyətlərində Mətbuat Şurasının tövsiyələrinə, Mərkəzi Seçki Komissiyasının təlimatlarına, eyni zamanda, həm yerli qanunvericilikdə, həm də beynəlxalq sənədlərdə öz əksini tapmış müddəalara əsaslanmalı və buna uyğun şəkildə davranmalıdırlar. Seçki prosesinin taleyüklülüyü və ciddiliyi nəzərə alınmalı, məsələlərə peşəkar yanaşma sərgilənməlidir.

- Budəfəki parlament seçkisi həm də bir sıra xüsusiyyətlərinə görə əvvəlki seçkilərdən fərqlənir...

- Bu günlərdə Mərkəzi Seçki Komissiyasının, Medianın İnkişafı Agentliyinin, Audiovizual Şuranın və Mətbuat Şurasının birgə təşkilatçılığı Milli Məclisə növbədənkənar seçki ilə əlaqədar media subyektlərinin nümayəndələri üçün müşavirə təşkil olundu. Həmin tədbirdə mətbuatın seçki dövründə davranışı, təbliğat prosesindəki rolu haqda maraqlı fikirlər səsləndirildi. Mən də öz çıxışımda media subyektlərinin və Mətbuat Şurasının seçki prosesindəki rolu barədə fikirlərimi bölüşdüm. Bəli, bu seçki bir sıra məqamları ilə əlamətdardır. Müstəqillik tariximizdə ilk dəfədir ki, parlament seçkisi Azərbaycanın tam suverenliyi, ərazilərimizin işğaldan azad edilməsi şəraitində baş tutur. İşğaldan azad edilmiş ərazilərdə seçicilərin səsverməsi üçün şərait yaradılıb. Artıq həmin regionlarda onlarla daimi seçki məntəqəsi fəaliyyət göstərir. Lazım olacağı təqdirdə müvəqqəti seçki məntəqələrinin də açılması nəzərdə tutulur. MSK-nın media subyektləri ilə əlaqələrini də qənaətbəxş saymaq olar. Mütəmadi olaraq mətbuat konfransları keçirilir, ictimaiyyətə açıqlamalar verilir. Eyni zamanda, media subyektlərinin nümayəndələri üçün yaddaş kitabçaları hazırlanıb ki, o da yol xəritəsi kimi vacib məsələdir.

- Hazırda seçki prosesinin ən həssas dövrü sayılan təşviqat mərhələsidir. Milli Məclis üzvlüyünə namizədliyi irəli sürülən şəxslərin təşviqat kampaniyasında medianın rolunu necə dəyərləndirərdiniz?

- Bəli, vurğuladığınız kimi, hazırda seçki prosesi həm ən diqqətçəkən, həm də ən həssas mərhələsini - təşviqat kampaniyası dövrünü yaşayır. Maraqlıdır ki, hazırda Milli Məclis üzvlüyünə namizədlərin öz təşviqatlarını daha çox sosial şəbəkələrdə qurması müşahidə edilir. Namizədlər təşviqat kampaniyası ilə bağlı məlumatları daha çox sosial şəbəkələr vasitəsilə yayırlar. Amma çox istərdim ki, həmin namizədlər - onların bir qismi gələcəyin deputatlarıdır - öz təbliğat kampaniyalarını daha çox ödənişli əsaslarla media subyektlərində qursunlar. Bu istiqamətdə inkişaf edəcək əməkdaşlıq gələcəkdə millət vəkili seçilmiş insanlar üçün də ən səmərəli təbliğat vasitələrindən birinə çevriləcək.

- Mətbuat Şurasının həm seçki prosesi dövründə, həm də səsvermə günündə fəaliyyəti haqda nə deyə bilərsiniz?

- Mətbuat Şurası olaraq proseslə əlaqədar iki ənənəvi xətti əsas götürürük. Birincisi, seçki kampaniyası dövrünün diqqətdə saxlanılması, ikincisi isə seçki gününə hesablanmış fəaliyyətdir. Şura birinci istiqamət üzrə ölkənin müntəzəm yayımlanan media subyektlərinin materiallarına diqqət yetirməkdədir, mütəmadi monitorinqlər həyata keçirilir. Bu mənada sosial şəbəkələrə də nəzər salmaq şərtdir. Bəzən görürük ki, ayrı-ayrı sosial şəbəkə profillərində yayımlanmış fikirlər və ya məlumatlar media və jurnalistlər üçün xəbərə çevrilir. Media bu bilgiləri nə dərəcədə dəqiqləşdirir - bu, olduqca vacib bir məsələdir. Jurnalistlər "qara piar" aparmamalı, alətə çevrilməməlidirlər. Bilavasitə seçki günü ilə bağlı fəaliyyətə gəldikdə, Səsvermə günü - sentyabrın 1-də Şurada "Qaynar xətt" fəaliyyət göstərəcək. Bu ənənə 2005-ci ildən davam edir. Seçki prosesini işıqlandıracaq jurnalistlər ortaya çıxa biləcək hər hansı bir məsələ ilə bağlı həmin nömrələrlə əlaqə saxlaya biləcəklər. "Qaynar xətt"lə bağlı 3 saatdan bir hesabat verilməsi nəzərdə tutulur və sonda yekun nəticə bildiriləcək. Eyni zamanda, seçki günü Mətbuat Şurası İdarə Heyətinin üzvləri müxtəlif seçki məntəqələrində olurlar, müşahidə aparırlar və buna əsasən də sonda fikir bildirirlər. Ölkəmiz üçün ən əhəmiyyətli tarixi məqam sayılan ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası fonunda baş tutacaq Milli Məclisə seçki münasibətilə Azərbaycan xalqını təbrik edirəm, seçkidə namizəd kimi iştirak edən şəxslərə uğurlar arzulayıram. Arzu edirəm ki, bütün deputatlığa namizədlər təmkinli, etik sərhədləri aşmadan davransınlar və sonda ən layiqli namizədlər parlament üzvü olmaq hüququ əldə etsinlər.


Oxunub: 444
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Bu gün, 11:07 | Qazaxda 1 Oktyabr - Prokurorluq işçilərinin peşə bayramı qeyd olunub
    Bu gün, 09:17 | Gürcüstanda türklərin tarixi irsi necə məhv edilir...
    Bu gün, 08:57 | AzTU-nun təşkilatçılığı ilə “ADEX 2026”da akademik sessiya keçirilib
    Bu gün, 08:51 | Yardımlıda əlil ailəsi KÖMƏK İSTƏYİR - Prezidentə MÜRACİƏT
    Bu gün, 08:48 | "ADEX 2026": İki qardaş ölkənin birgə istehsalı olan zərbə PUA-sı
    Bu gün, 08:43 | Xalasının əri ilə yeyib içdi, sonra bıçaqladı - Abşerondakı cinayətin təfərrüatı
    Bu gün, 08:40 | İlqar Xəyal uzun müddət sonra görüntüləndi
    Bu gün, 08:38 | Dövlətçilik tariximizdə dönüş nöqtəsi - MƏQALƏ
    Bu gün, 08:27 | HAKİM səhvləri və HƏKİM səhvləri... - AKTUAL
    Bu gün, 08:22 | Azərbaycanda prokurorluq orqanlarının yaranmasının 108 illiyi və prokurorluq işçilərinin peşə bayramıdır
    Bu gün, 08:15 | Azərbaycanda qadın sevgilisi ilə birgə azyaşlı uşaqlarına əzab verdi - HƏBS
    Bu gün, 08:12 | Rusiya Ukraynaya qarşı yeni növ drondan istifadə etdi
    Bu gün, 08:11 | Baş prokuror: "Cinayətlərin təxminən 40-50 faizi yeni informasiya texnologiyalarından istifadə edilməklə törədilir"
    Bu gün, 08:04 | Millimiz Millətlər Liqasında növbəti sınağına çıxır: Rəqib Lixtenşteyndir
    Dünən, 23:27 | Adı dəyişdirildi, sakinləri qovuldu: Gölkəndin azərbaycanlı keçmişi rəqəmlərdə - Foto/Video
    Dünən, 23:24 | Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı: Əvəzində nə təklif olunur? - Video
    Dünən, 23:22 | ABŞ şirkətləri "ADEX 2026"da - Nələr planlaşdırılır?
    Dünən, 23:19 | XƏZƏRDƏ KRİTİK VƏZİYYƏT... - Suyun səviyyəsi sürətlə azalır + VİDEO
    Dünən, 23:15 | Bu şəxslər işdən çıxarıla bilməyəcək – YENİ TƏMİNATLAR
    Dünən, 23:07 | Azərbaycan Qafqazda "dəhlizlər savaşı"nı qazanır: Bakıda Ermənistanın gələcək taleyi ilə bağlı hansı qərar veriləcək
    Dünən, 23:05 | MİNİMUM ƏMƏKHAQQI 700 MANAT OLACAQ? - Ekspert gözləntiləri AÇIQLADI
    Dünən, 22:53 | Azər Qasımovun qardaşı 200 mini ödəmir - Həbsi tələb edildi
    Dünən, 22:49 | Həbsdə olan vəkillər azadlığa buraxıldılar
    Dünən, 22:45 | Bakıda 20-dək bina söküləcək: Küçələrin adları və kompensasiya məbləğləri açıqlandı
    Dünən, 22:43 | Onların müqaviləli hərbi xidmət müddəti kəskin azaldıldı
    Dünən, 22:25 | Sərnişinlər İsrailə gətirildi, Netanyahu şəxsən qarşıladı - Video
    Dünən, 22:18 | Zakir Həsənov bu ölkələrin müdafiə nazirləri ilə görüşdü
    Dünən, 22:16 | Türkiyə Azərbaycanla təlimdən yeni video paylaşdı
    Dünən, 22:09 | Tiflisdə Əliyevin büstünü zədələyən erməninin cəzası...
    Dünən, 20:41 | “Tovuz Dövlət Peşə Təhsil Mərkəzi” PHŞ-in Qazax korpusunun tələbələri və rayonda peşə siniflərində təhsil alan şagirdlərlə görüş keçirilib
    Dünən, 19:13 | Azərbaycanda hava KƏSKİN DƏYİŞƏCƏK: Yağış, dolu, qar və sel gözlənilir - XƏBƏRDARLIQ
    Dünən, 19:10 | Daha bir Azərbaycan vətandaşı Rusiya-Ukrayna müharibəsində ölüb
    Dünən, 19:07 | İcra başçısı rayonun Ağköynək kəndində və şəhərdə bir qrup vətəndaşın müraciətini dinləyib
    Dünən, 19:05 | Həkimi döydü, xadimənin sümüyünü sındırdı
    Dünən, 18:26 | İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış oldu - Foto/Yeniləndi
    Dünən, 16:49 | Çia toxumu ilə bağlı bilmədikləriniz
    Dünən, 16:45 | Əmək pensiyası ilə bağlı bu qayda dəyişdi
    Dünən, 16:43 | Hərbçilərin maaşı artırılır
    Dünən, 14:56 | "Fənərbağça" ilə matça çıxacaq "Turan Tovuz" klubundan azarkeşlərə ŞAD XƏBƏR
    Dünən, 14:15 | Elman Rüstəmov "Platin" şadlıq sarayını satdı
    Dünən, 14:13 | Biləsuvara qonaq gedən Cəlilabad sakinləri zəhərləndi - Baş Prokurorluq araşdırma aparır - YENİLƏNİB
    Dünən, 14:12 | Həbsdə “lüks həyat” yaşayır - Məhbuslar ona yemək bişirir
    Dünən, 14:08 | Ombudsmanın maaşı 4 dəfə artırıldı: 12 min manat olacaq
    Dünən, 08:40 | İspaniya - Xorvatiya matçında beş qol vuruldu
    Dünən, 08:18 | Uşağı dövlət bağçasına qəbul etdilər, sonra valideyndən pul istədilər - İDDİA
    Dünən, 08:13 | Çindən dronlarla bağlı DÜNYA REKORDU
    Dünən, 08:05 | Kürdəmirdə BƏDBƏXT HADİSƏ: Çobanı ildırım vurdu - VİDEO
    Dünən, 08:02 | Sadıqovla bağlı şok: 44 günlük müharibənin əvvəlində…
    Dünən, 07:58 | Azərbaycanın Rusiyaya birləşdirilməsinə etiraz edən iki məşhur alimə necə cəza verilib? –TARİX (1969-cu İLİN SƏNƏDLƏRİ)
    Dünən, 07:53 | EYNİ MƏHSULLAR, İKİ ÖLKƏ, FƏRQLİ QİYMƏTLƏR... – Polşada, yoxsa Azərbaycanda yaşamaq daha bahadır? + FOTOLAR
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.