Mediaxeberleri.az
    
  • İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış oldu - Foto/Yeniləndi
    İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış oldu - Foto/Yeniləndi
  • 
  • Azər Qasımovun qardaşı 200 mini ödəmir - Həbsi tələb edildi
    Azər Qasımovun qardaşı 200 mini ödəmir - Həbsi tələb edildi
  • 
  • Baş prokuror: "Cinayətlərin təxminən 40-50 faizi yeni informasiya texnologiyalarından istifadə edilməklə törədilir"
    Baş prokuror: "Cinayətlərin təxminən 40-50 faizi yeni informasiya texnologiyalarından istifadə edilməklə törədilir"
  • 
  • MİNİMUM ƏMƏKHAQQI 700 MANAT OLACAQ? - Ekspert gözləntiləri AÇIQLADI
    MİNİMUM ƏMƏKHAQQI 700 MANAT OLACAQ? - Ekspert gözləntiləri AÇIQLADI
  • 
  • Bu şəxslər işdən çıxarıla bilməyəcək – YENİ TƏMİNATLAR
    Bu şəxslər işdən çıxarıla bilməyəcək – YENİ TƏMİNATLAR
  • 
  • "Cənnətin iqamətgahı” filminin premyerası keçirilib
    "Cənnətin iqamətgahı” filminin premyerası keçirilib
  • 
  • Azərbaycan mədəniyyəti Tbilisoba festivalında
    Azərbaycan mədəniyyəti Tbilisoba festivalında
  • 
  • “İRANIN TƏSİR İMKANLARI SIFIRA BƏRABƏRDİR...” - "Azərbaycan və ABŞ mövqeyini sərtləşdirə bilər"
    “İRANIN TƏSİR İMKANLARI SIFIRA BƏRABƏRDİR...” - "Azərbaycan və ABŞ mövqeyini sərtləşdirə bilər"
  • 
  • MUSTAFAYEV MƏNİMSƏDİYİ 12 MİLYONU NEYNƏYİB? - Oğlu əmlakları barədə ifadə verdi
    MUSTAFAYEV MƏNİMSƏDİYİ 12 MİLYONU NEYNƏYİB? - Oğlu əmlakları barədə ifadə verdi
  • 
  • Qazaxda daha dörd küçənin işıqlandırılması təmin edilib
    Qazaxda daha dörd küçənin işıqlandırılması təmin edilib
  • 
  • PREZİDENT ONA YÜKSƏK VƏZİFƏ VERDİ - DSK-nın sədr müavini dəyişdi + DOSYE
    PREZİDENT ONA YÜKSƏK VƏZİFƏ VERDİ - DSK-nın sədr müavini dəyişdi + DOSYE
  • 
  • “Dünyəvi dövlət modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur” - Komitə sədri
    “Dünyəvi dövlət modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur” - Komitə sədri
  • 
  • Dini atributların məktəbə gətirilməsi doğru deyil – Musa Quliyev
    Dini atributların məktəbə gətirilməsi doğru deyil – Musa Quliyev
  • 
  • Elşad Miri: "Özlərini ətrafdakılara daha dindar göstərmək üçün uşaqlarının başını bağlayırlar" - VİDEO
    Elşad Miri: "Özlərini ətrafdakılara daha dindar göstərmək üçün uşaqlarının başını bağlayırlar" - VİDEO
  • 
  • “Neftçi”nin “Qarabağ” üzərində cüzi üstünlüyü var” - Arif Əsədov
    “Neftçi”nin “Qarabağ” üzərində cüzi üstünlüyü var” - Arif Əsədov
  • 
  • Hicablı uşaqlarla bağlı sensasiya: elə bir məlumat ortaya çıxdı ki… – Sirlər açılır
    Hicablı uşaqlarla bağlı sensasiya: elə bir məlumat ortaya çıxdı ki… – Sirlər açılır
  • 
  • Məktəbli formalarında hicab amili qeyd olunmayıb - Şeyx
    Məktəbli formalarında hicab amili qeyd olunmayıb - Şeyx
  • 
  • İRAN MÜHARİBƏSİNİN EKOLOJİ FƏSADLARI... - Xəzər və Azərbaycan üçün hansı risklər var?
    İRAN MÜHARİBƏSİNİN EKOLOJİ FƏSADLARI... - Xəzər və Azərbaycan üçün hansı risklər var?
  • 
  • Hicabın yaranması və yayılması: Azərbaycan doğrumu qərar verdi?
    Hicabın yaranması və yayılması: Azərbaycan doğrumu qərar verdi?
  • 
  • Azərbaycanla Ermənistanın qarşısını müharibə alırdı - Yeni dönəmdə MDB-də nələr dəyişəcək?
    Azərbaycanla Ermənistanın qarşısını müharibə alırdı - Yeni dönəmdə MDB-də nələr dəyişəcək?
  • 
  • Dövlətçilik tariximizdə dönüş nöqtəsi - MƏQALƏ
    Dövlətçilik tariximizdə dönüş nöqtəsi - MƏQALƏ

Son xəbərlər :
  • Vəzifəli şəxslərə kənar fəaliyyətlərlə əlaqədar məhdudiyyətlər və qadağalar qoyulacaq
  • İspaniya Superkuboku Azərbaycanda keçirilə bilər
  • Yaşayış minimumu və ehtiyac meyarının məbləği artırıldı
  • Sabunçuda bağçanın qapı və pəncərələrini sındıran qazi saxlanılıb
  • Sabah qar yağacaq
  • Ümumi təhsil üzrə yeni standartlar hazırlanır - ilin sonuna qədər tamamlanacaq
  • Pensiyaçılar üçün 258, uşaqlar üçün 274 manat…
  • Bu vəzifə Fərman Qurbanlıya həvalə edildi
  • Prokurorluqdan məktəblinin ölümü ilə bağlı açıqlama
  • Salyandakı ailə faciəsinin təfərrüatı - VİDEO
  • Sərvət maqnitləri: Pulla bağlı şanslı olan 5 BÜRC
  • Azərbaycana ixrac edilən böyük təhlükə... - Deputat
  • Bərdədə müəllimə "TikTok"dakı təhqirə görə cəzalandırıldı
  • Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - SİYAHI
  • Bəzi rayonlarda işıq olmayacaq
  • ABŞ ordusunda qeyri-adi hərbi təlimlər: Kütləvi məzarlar qazılıb
  • Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər
  • Gizli təzyiqinizin olduğunu necə bilmək olar?
  • Yaşar Gülərdən Azərbaycanla bağlı mühüm mesaj..
  • AMEA rəhbərliyi Ramiz Mehdiyevlə bağlı iclas çağıracaq
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

Talıbovlarla bağlı SENSASİYA - İki deputat mandatını...

  • Tarix: 16-08-2024, 14:37

Avqustun 14-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin növbədənkənar sessiyasının ilk iclası keçirilib. İclasda “Naxçıvan Muxtar Respublikasının 2024-cü il büdcəsi haqqında”, “İşsizlikdən sığorta fondunun 2024-cü il büdcəsi haqqında”, “Büdcə sistemi haqqında”, Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının tərkibində dəyişiklik edilməsi barədə məsələlər müzakirə olunub. 


Naxçıvan Ali Məclisi sədrinin müavini Anar İbrahimovun sədrliyi ilə keçirilən iclasda məclisin sabiq sədri Vasif Talıbov və oğlu Seymur Talıbov yenə görünməyib. Ali Məclisin 7 saylı Aralıq seçki dairəsindən seçilən deputatı Vasif Talıbov və 25 saylı Naxçıvan şəhər seçki dairəsinin deputatı Seymur Talıbov iclasda iştirak etməyib. Onların hansı səbəbdən iclasda iştirak etmədiyi məlum deyil. Qeyd edək ki, Talıbovlar Ali Məclisdə Yeni Azərbaycan Partiyasını təmsil edir. YAP-ın Ali Məclisə seçkilərdə Vasif Talıbov və Seymur Talıbovun namizədliyini irəli sürməyəcəyi dəqiqdir. 

Nəzərə alaq ki, Vasif Talıbov birinci, ikinci, üçüncü, dördüncü, beşinci və altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinə 1 saylı Şərur-Sədərək seçki dairəsindən deputat seçilib. Amma bu dəfə həmin dairədən Vasif Talıbovu Ziyafət Əsgərov əvəz edib

Bəllidir ki, sentyabrın 1-də Naxçıvan Ali Məclisinə də növbədənkənar deputat seçkiləri keçiriləcək. Məlumat üçün bildirək ki, Naxçıvan Ali Məclisinə namizədlər 45 mandat uğrunda mübarizə aparacaqlar. 2020-ci ildə formalaşan Ali Məclisin 45 deputatından 42-si Yeni Azərbaycan Partiyasının üzvü olub. Vasif Talıbov Ali Məclis sədri, Azər Zeynalov isə onun müavini seçilib. Vasif Talıbovun oğlu Seymur Talıbov da Ali Məclisin deputatlarından biri olub. 

Vasif Talıbov vəzifəsindən istefa verdikdən sonra onun iqtisadi təsir imkanlarının zəiflədilməsi prosesinə start verildi. Talıbovun nəzarətində olan Azərbaycandakı iri biznes subyektləri əlindən alındı, eyni zamanda onun xaricdəki biznesi ilə bağlı araşdırmalara başlanıldı.  Seymur Talıbov da Naxçıvan Dövlət Universitetinin  prorektoru vəzifəsindən azad edildi. Seymur Talıbovun elə o ərəfələrdə Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti postundan istefa verdiyi bildirilirdi. İddialara görə, Talıbov yaxın ətrafına da deyib ki, onlar, ümumiyyətlə, siyasi proseslərdən çəkilməyə qərar veriblər. Bunun nə qədər davam edə biləcəyi isə bəlli deyil. Vasif Talıbovun anadan olduğu kənddə yerləşdiyi və zəruri ehtiyaclar yaranmasa, evdən çıxmadığı haqda mediada gedən məlumatlar bu günədək təkzib olunmayıb. 

Naxçıvandakı bir mənbə Talıbovların YAP-dan çıxacaqlarını da istisna etməyib. Amma bunu mümkün qədər səs-küysüz etmək istəyirlər.  Yeri gəlmişkən, Azpolitika.infonun  araşdırması zamanı məlum olub ki, YAP-ın “yap.org.az” saytında yerləşdirilən rayon təşkilatları siyahısında, ümumiyyətlə, Naxçıvan MR ərazi təşkilatının adı yoxdur.  YAP Naxçıvan təşkilatı barədə internetdə axtarış verdikdə vaxtilə keçirilən iclaslar haqqında bəzi qəzetlərdə və internet saytlarında məlumatlar çıxır. Onların əksəriyyəti isə Ali Məclisin keçmiş sədri Vasif Talıbov dönəminə aiddir. 

Bildirək ki, Vasif Talıbov 2022-ci ildə YAP-ın yaradılmasının 30 illik yubileyi münasibətilə Bakıda keçirilən tədbirə qatılmaq üçün Naxçıvandan paytaxta gəlmişdi. Lakin Vasif Talıbovu tədbirin keçirildiyi binaya buraxmamışdılar. O günlərdən Vasif Talıbovun hakim partiyadan uzaqlaşdırılacağı xəbəri gündəmdən düşmür. 

Maraqlıdr ki, Vasif Talıbovu və oğlunu hakim partiyadan uzaqlaşdırmağa tələsmirlər. 

“Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov “Yeni Müsavat”a deyib ki, Vasif Talıbovun gələcəyi onun özünü aparmasından asılıdır: “Görünən odur ki, postundan uzaqlaşdırılmasından ötən 2 ilə yaxın vaxt ərzində Vasif Talıbov "oyun qaydaları"ndan kənara çıxmayıb. Ona göndərilən ismarışlara sözsüz əməl edib". 

Onun sözlərinə görə, “Naxçıvan xanı”nın gözlənilməz sözəbaxanlığı itirəcəklərinin çox olması ilə bağlıdır: “Vasif Talıbov vəzifədə olanda nə qədər ötkəm, aqressiv idisə, vəzifədən yola salınandan sonra bunun əksi müşahidə edilir. Daha onda özündənrazılıq, mənəmlikdən əsər-əlamət yoxdur. Xatırlayırsınızsa, 2019-cu ildə Azərbaycan regionlarının inkişafı, kadr və struktur islahatlarının gerçəkləşməsinə başlanılarkən, Naxçıvanda kadr islahatlarına qarşı Vasif Talıbov tərəfindən sərt təpki göstərilirdi. Bakıdan göndərilən kadrlara aqressivlik göstərilir, işləmələrinə imkan verilmirdi. Əlbəttə ki, bu, mərkəzi hakimiyyətin diqqətindən qaçmırdı. Naxçıvanda Vasif Talıbovun 27 illik "xanlığı"nın sonu gəldi. Vasif Talıbovun özünü 1 günün içindən kreslosundan aşırdılar, ətrafındakı korrupsioner komandasının əsas üzvlərini isə həbs etdilər. 144 milyon manat büdcə vəsaitini ələ keçirən maliyyə naziri,  132 milyon manat vəsaiti ələ keçirən gömrük rəsmisi tutuldu, bu haqda ictimaiyyətə məlumat verildi. Aydın idi ki, tutulan vəzifəli şəxslər özbaşına bu qədər vəsaitləri ələ keçirə bilməzdilər. Bu araşdırmalar davam etdirilsəydi, əlbəttə ki, Vasif Talıbovun ütülü kostyumunun yaxası istintaqçıların əlinə keçəcəkdi. İllərlə Naxçıvanın təbii sərvətlərinin talanından tutmuş bütün biznes sahələrinin kriminal yollarla Talıbovların nəzarətinə keçirilməsi isbatlana bilərdi. Vasif Talıbov inadkarlığının onu hara aparıb çıxaracağını dəqiq bildiyindən qısa müddətdə davranışlarına korrektələr etməyə üstünlük verdi. Onun indiki “modu” hələ ki problem yaratmır. Ona görə də Vasif Talıbovun, onun oğlunun hakim partiyadan qovulması da gerçəkləşmir"


Oxunub: 378
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Bu gün, 14:10 | Vəzifəli şəxslərə kənar fəaliyyətlərlə əlaqədar məhdudiyyətlər və qadağalar qoyulacaq
    Bu gün, 13:59 | İspaniya Superkuboku Azərbaycanda keçirilə bilər
    Bu gün, 13:57 | Yaşayış minimumu və ehtiyac meyarının məbləği artırıldı
    Bu gün, 13:25 | Sabunçuda bağçanın qapı və pəncərələrini sındıran qazi saxlanılıb
    Bu gün, 13:23 | Sabah qar yağacaq
    Bu gün, 13:20 | Ümumi təhsil üzrə yeni standartlar hazırlanır - ilin sonuna qədər tamamlanacaq
    Bu gün, 13:18 | Pensiyaçılar üçün 258, uşaqlar üçün 274 manat…
    Bu gün, 13:16 | Bu vəzifə Fərman Qurbanlıya həvalə edildi
    Bu gün, 13:15 | Prokurorluqdan məktəblinin ölümü ilə bağlı açıqlama
    Bu gün, 08:22 | Salyandakı ailə faciəsinin təfərrüatı - VİDEO
    Bu gün, 08:15 | Sərvət maqnitləri: Pulla bağlı şanslı olan 5 BÜRC
    Bu gün, 08:12 | Azərbaycana ixrac edilən böyük təhlükə... - Deputat
    Bu gün, 07:55 | Bərdədə müəllimə "TikTok"dakı təhqirə görə cəzalandırıldı
    Bu gün, 07:52 | Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - SİYAHI
    Bu gün, 07:43 | Bəzi rayonlarda işıq olmayacaq
    Bu gün, 07:30 | ABŞ ordusunda qeyri-adi hərbi təlimlər: Kütləvi məzarlar qazılıb
    Bu gün, 07:18 | Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər
    Bu gün, 07:12 | Gizli təzyiqinizin olduğunu necə bilmək olar?
    Dünən, 22:29 | Yaşar Gülərdən Azərbaycanla bağlı mühüm mesaj..
    Dünən, 22:28 | AMEA rəhbərliyi Ramiz Mehdiyevlə bağlı iclas çağıracaq
    Dünən, 22:26 | Dollar alıb-satanlara vacib xəbər...
    Dünən, 21:47 | Sabiq deputatın şirkətinə cinayət işi açıldı - 5 milyonluq obyekti söküblər
    Dünən, 21:45 | Polkovnik Ramin Orucovla bağlı əmr imzalandı
    Dünən, 21:44 | Ramiz Mehdiyevin əmlakları müsadirə edildi, təltifləri isə...
    Dünən, 21:26 | Baxçalıdan Azərbaycan açıqlaması: Türk dünyasının gücü...
    Dünən, 20:52 | Prezident İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edib - FOTO - VİDEO - YENİLƏNDİ
    Dünən, 20:48 | Ramiz Mehdiyev 14 il müddətinə azadlıqdan məhrum edildi
    Dünən, 20:43 | Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto
    Dünən, 20:37 | Həsrət Cəfərov DÇ-də medalsız qaldı
    Dünən, 19:49 | Komaya düşərək vəfat edən sabiq icra başçısı dəfn olundu - FOTO
    Dünən, 19:48 | Sultan Qasımov 191 minlik dələduzluqda ittiham olunur
    Dünən, 19:46 | Metro stansiyalarında ürək aparatları quraşdırılacaq
    Dünən, 18:48 | TƏBİB Bahadur Rzayevə həvalə olundu
    Dünən, 18:10 | Bu qaydanı pozanlar 400 manat cərimələnəcək
    Dünən, 17:49 | Tanınmış jurnalistin qardaşı və qardaşıoğlu vəfat etdi - FOTO
    Dünən, 17:47 | Həkəri çayı üzərində su anbarı tikiləcək
    Dünən, 16:59 | Anasını, atasını və qardaşının arvadını bıçaqladı - ana öldü - YENİLƏNİB
    Dünən, 16:58 | Leysan, dolu və qar yağacaq - XƏBƏRDARLIQ
    Dünən, 16:56 | Bu cərimələr yenilənir
    Dünən, 16:55 | ADY yeni rayonlararası sərnişin qatarları alır
    Dünən, 16:53 | Bununla bağlı yeni cərimələr müəyyənləşir
    Dünən, 08:17 | Rusiya Kiyevə raketlərlə hücum etdi: ölü və yaralılar var
    Dünən, 08:12 | Oktyabrın sonunda şanslı olacaq BÜRCLƏR: pul artıq qapınızın ağzındadır
    Dünən, 07:32 | Bakıda daha bir kütləvi dava - ANBAAN VİDEO
    Dünən, 07:25 | Yasamalın bəzi ərazilərində bu gün işıq olmayacaq
    Dünən, 07:24 | İlin ən yaxşı gənc futbolçusu bəlli oldu
    Dünən, 07:23 | Trombdan qorunmaq üçün səhərlər bunu edin!
    26-10-2026, 18:12 | 800 manat alıb ər-arvadı barışdıracağını dedi - Boşandılar...
    26-10-2026, 18:09 | Azərbaycan və Yaponiya arasında vizasız rejim... - Hacıyev
    26-10-2026, 18:08 | Bakıda dəhşətli qəza: Tanınmış şairənin həyat yoldaşı öldü
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.