Psixiatriya Xəstəxanasında pasiyent döyüldü - DİN-dən AÇIQLAMA
1 saylı Maştağa Psixiatriya Xəstəxanasında pasiyentin döyülməsi ilə bağlı yayılan görüntülərə aydınlıq gətirilib. Daxili İşlər Nazirliyindən Mediaxeberleri.Az-a bildirilib ki, sözügedən tibb müəssisəsində müalicə alan şəxsin xəsarətləri ilə bağlı araşdırmalar davam etdirilir. "Ona həmin tibb müəssisəsindəki digər ruhi-əsəb xəstəsi tərəfindən xəsarət yetirilməsi müəyyən edilib. Xəsarətlərin dərəcəsini müəyyən etmək məqsədilə müvafiq ekspertiza təyin olunub. Faktla bağlı qanunvericiliyə uyğun olaraq tədbir görüləcək", - açıqlamada vurğulanır. Qeyd edək ki, həmin kadrları lentə alan xəstə yaxını atasının sözügedən tibb müəssisəsində şiddət gördüyünü iddia edirdi.
Oxunub: 208
Xəbəri paylaş
Paylaş: