Rusiyanın bu kəndi də boşaldılır
Kursk vilayətinin regional əməliyyat qərargahı Qluşkovo kəndinin məcburi boşaldılması barədə qərar qəbul edib. Mediaxeberleri.Az xəbər verir ki, bu barədə qubernator vəzifəsini icra edən Aleksey Smirnov Teleqram kanalında məlumat yayıb. "Region Operativ Qərargahı Qluşkovo kəndinin məcburi təxliyəsi ilə bağlı qərar qəbul edib. Yerli sakinlərin təxliyəsi prosesi təhlükəsizlik qüvvələri, hərbçilər, yerli administrasiya və Kursk Patriot Mərkəzinin əməkdaşları tərəfindən həyata keçiriləcək", - məlumatda bildirilib.
Oxunub: 240
Xəbəri paylaş
Paylaş: