Stressə görə beyinə qan sıza bilərmi?
Stress, əsəb 20-dən çox xəstəlik və orqana təsir edir. Mediaxeberleri.Az Medicina.az-a istinadən xəbər verir ki, psixiatr Azər Bağırov stressin zərərlərini sədələyib. - Miqren və gərginlik növündən yaranan baş ağrılarının əsas səbəbi stressdir. Daha sonra mədə problemləri qeyd olunub. Həddindən artıq gərginlik nəticəsində mədə xorası və həzmsizlik müşahidə edilə bilər. - Bağırsaq problemləri - qəbizlik, ishal kimi şikayətlər həm də stress nəticəsində meydana gələ bilir. - Stress dəri xəstəliklərinə də səbəb olur. Buraya saçların qırılmasından tutmuş ekzema, müalicə ilə düzəlməyən qaşıntı və allergiyalar kimi bir çox problemlər daxildir. Psixiatr stress nəticəsində yaranan digər xəstəlikləri belə sıralayıb: - Bədən ağrıları: keçməyən boyun ağrıları, bel ağrıları, bədəndə yorğunluq; - Ruhi problemlər: Depressiya gərgin şəxslərdə daha sıx müşahidə edilir; - Həddindən artıq kökəlmə, ya da arıqlama gərginlik yaşayanlarda baş verir; - Unutqanlıq: zehni qarışıqlıq, fikri cəmləmə problemləri əmələ gəlir; - Beyin qansızmaları daha çox stressli fərdlərdə sıx müşahidə edilir.