Войти

Tovuzda azyaşlı xəstəxanada qızılcadan ölüb

Bölgə

Tovuzda azyaşlı xəstəxanada ölüb.

Mediaxeberleri.AZ-ın məlumatına görə, rayonun Qədirli kənd sakini, 2014-cü il təvəllüdlü Y.İ. fevralın 4-də Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Azyaşlı bu gün 16:00 radələrində xəstəxanada dünyasını dəyişib. Onun qızılcadan öldüyü bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Füzulidə mədəniyyət evi yanır

Hadisə

Füzulidə mədəniyyət evi yanır.

Mediaxeberleri.AZ Report-a istinadən xəbər verir ki, yanğın axşam saatlarında rayonun Zobcuq qəsəbəsində qeydə alınıb.

Hadisə yerinə FHN-in Füzuli yanğından mühafizə hissəsinin 3 yanğınsöndürən briqadası cəlb edilib. Hazırda yanğının söndürülməsinə çalışılır.

Qeyd edək ki, ümumi sahəsi 500 kvadratmetr olan mədəniyyət evində klub icma mərkəzi və Füzuli Mərkəzləşmiş kitabxana sisteminin filialında fəaliyyət göstərir.

Yanğının səbəbləri ekspertizanln nəticələrindən sonra məlum olacaq.

Azərbaycan aşıq sənətinin tanınmış nümayəndəsi - sənət dühalarından biri Dərya Məhəmmədi tanıyaq

Mədəniyyət

Bu gün Sizlərə uşaqlıq illərimin xatirələrində yaşayan hörmətli  el ağsaqqalı, Osman Sarıvəllinin və Səməd Vurğunun  Qazax  Müəllimlər Seminarıyasında  tələbə yoldaşı olmuş, Azərbaycan aşıq məktəbinin görkəmli nümayəndəsi - sənət dühalarından biri Dərya Məhəmməd haqqında  yazılmış məqalədən bəhs edəcəm. 


Məqalənin müəllifi filologiya elmləri doktoru Xatirə xanım Bəşirlidir.
____________//_________
"O, az tanınan, az təbliğ olunan, az xatırlanan aşıqdır”, bu sözlər aşığın qızı fəlsəfə doktoru, dosent Gülarə Qocayevaya məxsusdur. Gülarə xanım söylədi ki, “atam, o qədər sadə, təvazökar, şöhrət dalınca qaçmayan, özünü təbliğ etməyi ağlına sığışdıra bilməyən, ailəcanlı, bilikli bir insan idi”. Gülarə xanım, elə mərhum atası misallı, utancaqlıqla, çəkingənliklə, umu-küsü ilə əlavə etdi ki, bu əsas vermir ki, bizim günlərdə Dərya Məhəmməd xatırlanmasın, əsərləri kölgədə qalsın, anılmasın...
Aşıq Məhəmməd Dərya adını qazanana qədər ağır, məşəqqətli ömür sürmüşdür, qazaxlı Rəhim kişinin ailəsində erməni-türk hadisələrinin gərgin dönəmlərində 1905-ci ildə doğulmuşdur. Əsərlərinin birində:
Məhəmmədəm, Şıxlıdanam mən özüm,
Yaman deyil, yaxşılara var sözüm -
söyləmişdir.
Aşığın atası 1918-19-cu ildə yenidən alovlanan erməni-türk qırğınlarında amansızcasına qətlə yetirilib. Böyük bir ailənin dolanışığı, cavabdehliyi 14-15 yaşlarından gənc Məhəmmədin çiyninə düşür... Amma gəncin elmə, ürfana, işığa can atmasına heç nə mane ola bilmir. Əlifbanı,  İslam dininin  qayda-qanunlarını  Quran kitabını dərin  bilən, savadlı kənd müəllimi  Molla Bilaldan ( Bilal Əhmədov) öyrənir. Həmkəndlisi Osman Sarıvəlli ilə birlikdə şəriət dərslərini alır, dini biliklərə yiyələnir. Öyrənmək, dünyanı tanımaq və içində qaynayan istedadı onu Qori Müəllimlər Seminariyasına yönəldir, tələbə yoldaşları - Səməd Vurğun, Osman Sarıvəlli də  daxil olmaqla Azərbaycan mədəniyyətinin, ədəbiyyatının sonrakı yaradıcıları və daşıyıcıları olur. Seminariyadakı ab-hava, təhsil, yeni mədəniyyətlərlə tanışlıq, heç şübhəsiz Aşıq Məhəmmədin gələcək taleyini, sənətini, həyatını müəyyənləşdirir.
1928-ci ildən Məhəmməd aşıqlığa başlayır, həmkəndlisi Aşıq Səməddən aşıqlığın sirlərini öyrənir. Deyilənə görə, Aşıq Səmədin Məhəmmədin üzərində zəhməti böyük olmuşdur. Amma Məhəmməd Aşıq Sadıx Sultanovun yanında şəyirdlik etmişdir. Gəncin istedadı, aşıq havalarını gözəl mənimsəyib çalması, bədahətən söz demək bacarığı, ədəb-ərkanı Aşıq Sadıx Sultanovun diqqətini çəkmiş onu yanına dəvət etmişdir. Az keçmir Məhəmmədin istedadı, tez bir zamanda qazandığı uğur, bacarığı, biliyi, hərtərəfli təhsil görməsi müəlliminin çox xoşuna gəlir və Aşıq Sadıx Sultanov gəncə “Dərya” təxəllüsünü verir.
Dərya Məhəmməd əsasən Gəncə-Qazax, Borçalı ellərinə yığnaqlara, el şənliklərinə sıx-sıx dəvət alır, sevilir, püxtələşir. Məclislərdə görkəmli, sayılıb-seçilən aşıqlarla birlikdə ifalar edir, məclislər aparır. Deyilənə görə, bir sıra görkəmli aşıqlara müəllimlik də edir: Aşıq Kamandar, Aşıq Əlyar, Aşıq Rəşid, Aşıq Yaqub, Aşıq Cəlal və b. Məhz Dərya Məhəmmədin yetirmələri olmuşdur.
Övladlarının dediyinə görə və onu tanıyanların şahidliyi də sübut edir ki, Dərya Məhəmməd həm də gözəl dastan söyləyicisi kimi də şöhrətlənmişdir. Unikal hafizəsi şəyirdliyində qazandığı təcrübə məclislərdə uzun saatlarla dastan söyləməsinə meydan açarmış. Aşığın 40-dan artıq dastan bilməsi qeyd edilir. Övladlarının dediyinə görə, aşığın şəxsi arxivində (əski əlifba ilə yazılmış) yüzlərlə şeirlərinin əlyazmaları saxlanılır, onların çox az qismi çap olunub. Qızı Gülarə xanımın təqdim etdiyi atasının bir neçə şeri, bu nümunələri qismən də olsa məzmun, şəkil baxımından təhlil etməyə imkan verir.
Təbii ki, ağır keçən həyatı, atasını tez itirməsi, yeniyetməliyindən böyük külfətə başçılıq etməsi, yükü onun yaradıcılığından yan keçə bilməzdi. “Vallah yaşamağa qalmayıb güman” - deyən sənətkarın əsərlərinə hopub həmin ruh. Çətin, ağır ömür yollarında ona arxa-dayaq olan yaxşılıq, ədalət, mərifət, dost deyə bildiyi insanlar və bəlkə də əks qütbdə duran və daha ağır gələn həyatın gerçəklikləri, aşığı sanki tərki-silah edir, yazılarına giley-güzar səpir. Aşıq dünyanın nizamını saxlayan əbədi xeyir-şər mücadiləsində, həyatın daha çox “qara” olmasını, dost dediklərinin “yaman” çıxmasını şeirlərində çox kəskin etiraf edir. Sənətkar uzun-uzadı “umu-küsülərlə” dolayısı ilə yox, əksinə, birbaşa sözə əziyyət vermədən, rahat bir dillə, təsvirlə “dünya işləri”nə oxucunu hali edir:
Sağ sinəmdə şirin sözüm dağ olmuş,
Səhər könlüm bir virana bağ olmuş.
Yaman üz döndərib, dostum sağ olmuş,
Elə bil ki, sultan keçir, xan keçir.
Aşığın bu səpkili qoşmaları, gəraylıları tez bir zamanda adamı həmin ovqata, hadisəyə bənd edə bilir:
Yiğvalın yatması, ayılması var,
Mənimki yatıbdır, ayılmır daha.
Kəlmə var, qanana öz mənası var
Mərifət hesaba sayılmır daha...
Aşığın ustad yanında dərs alması ilə yanaşı, onun Qori Müəllimlər Seminariyasında dünyəvi elmləri öyrənməsi, həmkəndlisi Quran hafizi Molla Bilaldan şəriətin sirlərinə vaqif olması, yeri gəldikcə bu biliklərdən əsərlərində bəhrələnməsi diqqəti çəkir:
Xudam xəlq eyləyib şiri, aslanı,
Əli kimi pəhlivanı, deyərlər.
Dəryada balıqdan aldı xəracı,
Hökümdə İsgəndər hanı, deyərlər.
Və ya:
Varsa bu dünyada axıra qalan,
Dastan olub dildə bəxtiyar olan.
Sultan Süleymana əlini çalan,
Sənə də əlini çalacaq bir gün.
Sənətkarın qoşmalarında, qeyd etdiyimiz kimi, dünya, onun faniliyi mövzusuna sıx-sıx rast gəlinir. Dərya Məhəmməd həyatın gəldi-gedərliyini orijinal şəkildə, bir qədər də nikbin, “əbədi yola” hazır bir ovqatla belə ifadə edir.
Dərya Məhəmmədin irsindən nümunələrə dayanaraq, aşığın yaradıcılıq məramı, həyata baxışı, bədii düşüncə çevrəsi, təhsili, istedadının gücü, əsərlərinin dili haqqında bəzi mülahizələrə, qənaətlərə gəlmək mümkündür. Bizdə olan və bir neçəsini təqdim edəcəyimiz şeirlərinin imlasına toxunulmadı. Yeri gəlmişkən qeyd edim ki, Dərya Məhəmmədin irsi bəlli səbəblərdən bir əlifbadan digərlərinə transliterasiya edilərkən bir sıra təhriflərə məruz qalmışdır... Bununla belə, aşığın dili, söz leksikonu zəngindir, sadə olmaqla canlı danışıq dilinə çox yaxındır. Bu irs yaxşı mənada bədii simvollarla - tarixi hadisələr, şəxsiyyətlər, ədəbi keçmiş, klassiklər, dini hadisələr, islam üləmaları və dünya haqqında biliklərilə - “yüklüdür”. Amma bu detal, aşığın şeir dilini ağırlaşdırmamış, tam əksinə, onun dilini bədiiləşdirmiş, ona “qıvraqlıq” vermişdir. Aşıq “sadə dillə” ən mürəkkəb mətləbləri dünya, tarix, əxlaq, dost, “o dünya”, “tarixi şəxsiyyətlər” - bədiiləşdirmək gücündədir. Heç şübhəsiz, Dərya Məhəmmədin yazı texnikasının cilasına onun ustad görməsi, dünyəvi-dini elmlərlə tanışlığı, təhsil alması mühüm təsir etmişdir. Digər tərəfdən, aşığın doğulub, formalaşdığı ədəbi aşıq mühiti - apardığı el yığnaqları, böyük ustadlarla təmasda bulunması, dostluq etməsi məhz Məhəmmədi, Dərya Məhəmməd etmişdir.
Beləliklə, Gəncəbasar aşıq mühitinin yetirməsi  Dərya Məhəmməd ustad-şəyird məktəbini keçmiş, özünəməxsus dili, dünyagörüşü, təhsili, əsərlərinin məxsusi ruh və koloriti olan aşıqlarımızdandır. O, yaradıcı aşıq olmaqla yanaşı, ifaçı sənətkar kimi də şöhrətlənmişdir. Saz havalarını, dastanlarımızı bilən, məclislərdə söyləyən məharəti ilə bahəm, özü də aşıq şerinin müxtəlif şəkillərində əsərlər  yaratmışdır.
Aşıq Dərya Məhəmməd 1984- cü ilin iyun ayının 15- də Qazax rayonun İkinci Şıxlı kəndində  vəfat  etmişdir.
Xatirə BƏŞİRLİ
filologiya elmləri doktoru
Ədəbiyyat qəzeti.- 2014- cü il
Qeyd: Aşıq Dərya Məhəmmədin irsini onun nəticəsi Məhəmməd  Qocayev davam etdirir.

İrəvanda partlayış: ölənlər var - Video

Dünya

İrəvanın Erebuni rayonunda partlayış baş verib.

Mediaxeberleri.AZ xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.

Məlumata görə, Nor Areş küçəsində baş verən partlayış nəticəsində bir və ya iki ev dağılıb. Dağıntılar altında iki nəfərin qaldığı bildirilir.

***

İrəvanın Erebuni rayonunda baş verən partlayışdan sonra dağıntılar altından 2 nəfərin meyiti xilasedicilər tərəfindən çıxarılıb.

Bu barədə jurnalistlərə Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat katibi Narek Sərkisyan məlumat verib.

Onun sözlərinə görə, xilasedicilər dağıntılar altından kişi və qadının meyitini çıxarıblar.

Qeyd edilib ki, axtarış işləri davam etdiriləcək.

Bundan əvvəl xilasedicilər daha iki nəfəri xilas edərək xəstəxanaya çatdırıblar.



Gürcüstanın sığorta şirkəti Azərbaycan bazarında

İqtisadi xəbərlər və təhlil

Azərbaycan Mərkəzi Bankı (AMB) Gürcüstanın "Maqnus" sığorta şirkətinin yerli törəməsi Maqnus Sığorta Brokeri MMC-ni reyestrinə daxil edib.

Mediaxeberleri.AZ xəbər verir ki, bu barədə AMB məlumat yayıb.

Bununla da, Azərbaycanın sığorta bazarına 5 illik fasilədən sonra xarici broker daxil olub. Sonuncu dəfə 2019-cu ildə Avstriyanın "GrECo JLT Specialty GmbH" şirkəti sığorta broketlərinin reyestrinə daxil edilmişdi.

Yeni şirkətin sığorta bazarına daxil olması ilə AMB-nin reyestrindəki xarici brokerlərin sayı 86-ya çatıb.

Xatırladaq ki, "Maqnus" Gürcüstanda 2016-cı ildən sığorta və təkrarsığorta sahəsində fəaliyyət göstərir.

"Cəhrə xalanın quşu" Aynişan və Nadirdən xəbər çatdırdı: BİR-BİRİNİ SEVİRLƏR - VİDEO

Şou-biznes

Xalq artisti Faiq Ağayev İctimai TV-də dünən yayımlanan "Maska şou"nun final buraxılışında influenser Aynişan Quliyeva ilə Nadir Rüstəmlinin münasibətlərindən söz açıb.

Mediaxeberleri.AZ  xəbər verir ki, buna səbəb şouda Alov maskası altında çıxan müğənni Nadir Rüstəmlinin çıxışı zamanı səhnədə Xarıbülbül portretindən istifadə etməsi olub. Belə ki, Aynişan Quliyeva proqramda Xarıbübül maskası ilə çıxış edirdi.

Faiq Ağayev bildirib ki, Alov Xarıbülbülü yandırıb kül edə bilər.

"Deməli, cəhrə xalanın quşu o gün xəbər verib ki, bu iki personaj bir-birini sevir", - ulduz qeyd edib.

Nigar Camal onların dost olduqlarını bildiyini, aktyor Coşğun Rəhimov isə "Çox dərinə getmə" deməklə kifayətlənib.

Sözügedən kadrları Aynişan Quliyeva özü də instaqramda paylaşaraq "Finalda səhnədə oldum, sağ ol, Alov" yazıb və qırmızı ürək işarəsi qoyub.

Yaxşı xəbər: Bu, ölkəmiz üçün yeni fürsətdir - Ekspert

Gündəm

“Amerikanin səsi” radiosunun verdiyi məlumata görə, Azərbaycan üzərindən daşınan tranzit yüklərin həcmi 80% artıb. Azərbaycan Dəmir Yollarının (ADY) hesabatına istinad edilən məlumatda deyilir ki, 2023-cü ildə Azərbaycan dəmir yolları ilə 18 milyon tondan çox ümumi yük, 7 milyon tona yaxın tranzit yükü daşınıb.

Mediaxeberleri.AZ xəbər verir ki, bu barədə iqtisadçı ekspert Natiq Cəfərli yazıb.

O bildirib ki, bu, ADY üçün yaxşı nəticədir:

“Əvvəl də xəbər var idi ki, beynəlxalq nəqliyyat bağlantısı olan Orta Dəhliz üzrə tranzit yüklərin həcminin artırılması və səmərəli idarə olunması məqsədilə Azərbaycan, Qazaxıstan və Gürcüstan dəmir yolları arasında "Middle Corridor Multimodal Ltd” adlı birgə müəssisə yaradılıb. Bu günlərdə isə ölkələr arasında birgə tarif siyasəti təsdiqlənib – çoxdandır ki, biz buna çağırış edirdik. Vahid tarif siyasəti çox mühim addımdır, yük göndərənlər və yük alanlar üçün hər ölkə ərazisi üçün ayrıca danışmaq, müqavilə bağlamaq sərfəli olmur.

Dünyada savaşın logistika və “karvan yolları” uğrunda getdiyini də nəzərə alsaq, məmləkət üçün ciddi yeni şanslar yaranır – qalır ölkənin qapılarını açmaq, qanunları, vergi-gömrük siyasətini düzəltmək, qanunun aliliyini təmin etmək. Qapalı sərhədlər, səhv vergi-gömrük, iqtisadi siyasətlə yeni yaranan fraqmental dünyada logistika mərkəzinə çevrilmək çətin olacaq - yeni yaranan fürsətlər ölkə iqtisadiyyatı üçün önəmli qapılar açır”.

Tokayev hökuməti istefaya göndərdi

Dünya

Qazaxıstan Prezdenti Kasım-Jomart Tokayev hökuməti istefaya göndərib.

Mediaxeberleri.AZ xəbər verir ki, məlumatı “Kazinform” yayıb.

Dövlət başçısı bununla bağlı sərəncam imzalayıb.

Məlumata görə, yeni hökumət formalaşdırılana qədər Baş nazir səlahiyyətlərini əvvəlki kabinetdə Baş nazirin birinci müavini Roman Sklyar icra edəcək.

Pomidor söhbəti böyüyür: Fransa və İspaniya arasında mübahisə qızışır

Dünya

Avropada fermerlərin bir gün davam edən etirazları Fransa və İspaniya arasında “pomidor”la bağlı siyasi debata çevrilib.

Mediaxeberleri.AZ xəbər verir ki, Fransanın sabiq ekologiya naziri Seqolele Royal həftə ərzində iştirak etdiyi bir televiziya proqramında İspaniyada istehsal olunan pomidorlar üçün "yenilməz" və "saxta orqanik" ifadələrini işlədib.

İspaniyanın Baş nazir Pedro Sançes İspaniyanın kənd təsərrüfatı məhsulları ilə bağlı tənqidlərin "əsassız" olduğunu söyləyib. Həmçinin Fransanın sabiq naziri Royal hələ ki, sınamaq şansı olmayan pomidorları dadmaq üçün İspaniyaya dəvət edəcəyini bildirib:

"O, dadına baxanda görəcək ki, ispan pomidorları rəqibsizdir".

Aİ ölkələrində və son günlər Brüsseldə günlərlə etiraz aksiyası keçirən fransız fermerlər xarici ölkələrdən gələn məhsullara məhdudiyyətlər və yoxlamalar tələb edir. Aksiya iştirakçıları qiymətlərin və maaşların inflyasiyaya uyğun olaraq daha da artırılmasını tələb edir.

İrəvanda partlayış: insanlar dağıntılar altında qaldı

Dünya

İrəvanın rayonlarından birində - Erebunidə partlayış baş verib. Dağıntılar altında insanlar qalıb.

Mediaxeberleri.AZ xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, partlayış Nor Areş küçəsi 34-də baş verib. İlkin məlumatlara görə, bir-iki ev uçub, iki nəfər dağıntılar altında qalıb.

Sosial şəbəkə istifadəçiləri çörək sexində partlayış baş verdiyini yazıb.

В будущее В прошлое

Навигация