İrəvanda partlayış: insanlar dağıntılar altında qaldı
İrəvanın rayonlarından birində - Erebunidə partlayış baş verib. Dağıntılar altında insanlar qalıb. Mediaxeberleri.AZ xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, partlayış Nor Areş küçəsi 34-də baş verib. İlkin məlumatlara görə, bir-iki ev uçub, iki nəfər dağıntılar altında qalıb. Sosial şəbəkə istifadəçiləri çörək sexində partlayış baş verdiyini yazıb.
Oxunub: 427
Xəbəri paylaş
Paylaş: