Gürcüstanın sığorta şirkəti Azərbaycan bazarında
Azərbaycan Mərkəzi Bankı (AMB) Gürcüstanın "Maqnus" sığorta şirkətinin yerli törəməsi Maqnus Sığorta Brokeri MMC-ni reyestrinə daxil edib. Mediaxeberleri.AZ xəbər verir ki, bu barədə AMB məlumat yayıb. Bununla da, Azərbaycanın sığorta bazarına 5 illik fasilədən sonra xarici broker daxil olub. Sonuncu dəfə 2019-cu ildə Avstriyanın "GrECo JLT Specialty GmbH" şirkəti sığorta broketlərinin reyestrinə daxil edilmişdi. Yeni şirkətin sığorta bazarına daxil olması ilə AMB-nin reyestrindəki xarici brokerlərin sayı 86-ya çatıb. Xatırladaq ki, "Maqnus" Gürcüstanda 2016-cı ildən sığorta və təkrarsığorta sahəsində fəaliyyət göstərir.
Oxunub: 640
Xəbəri paylaş
Paylaş: