t s

» » NƏZAFƏT NƏBİYEVA: "ACI BİR SEVGİ HEKAYƏSİ"

NƏZAFƏT NƏBİYEVA: "ACI BİR SEVGİ HEKAYƏSİ"

14-09-2015, 00:35 Yazar:  Canan Baxılıb: 521 Çap et
NƏZAFƏT NƏBİYEVA: "ACI BİR SEVGİ HEKAYƏSİ"


















İlk dəfə gəldilər qarşı-qarşıya
Altay gözlərini dikdi Səmaya
Utancdan qızardı alma yanağı
Çevirdi başını,saldı aşağı
Həkim olacaqdı oxuyub Altay
Səma isə memar,quracaq saray
Görə bilmək üçün hər səhər onu
Dəyişirdi tez-tez Altay yolunu
Beləcə keçirdi zaman,günlər,ay
Söz tapa bilmirdi deməyə Altay
Görə bilmək üçün biri-birini
Dəyişməzdilər heç görüş yerini
Aradan keçmişdi neçə həftə,ay
Cəsarətə gəldi,danışdı Altay
Etiraf elədi öz sevgisini
Səma dinləyərək onun səsini
Dilinə gətirdi qəlb naləsini
Dedi:-----Mən də,mən də sevirəm səni
Altay ürəklənib tutdu əlini
O gündən hər yerə getdilər qoşa
Cavanlar təhsili vurdular başa
Yığıb dost-tanışı bir toy qurdular
Sevincdən quş kimi hey uçurdular
Xoşbəxt idi onlar,həm də çox xoşbəxt
Sevən gözlərindən yağır səadət
Boyun əymədilər bir çətinliyə
Gah toya getdilər,gah da şənliyə
Hərdən də əlinə alıb tarını
Zümzümə edirdi mahnılarını
Azad bir quşdum
Yuvamdam uçdum
Bir bağa düşdüm
Bu gənc yaşımda
Bir ovçu gördü
Qəlbimdən vurdu
Torpağa düşdüm
Bu gənc yaşımda
Sən Allah,oxuma qəmli mahnılar
Deyə xahiş edir o nazlı nigar
Bəzən işsiz,bəzən pulsuz qaldılar
Nəhayət tanınıb məşhur oldular
Görmürdü gözləri nə var,nə sərvət
Bir inam var idi, bir də məhəbbət
Bürüyürdü evi şən qəhqəhələr
Bir gün də qəlbinə yol tapdı kədər
Evdən əskik idi körpə nəfəsi
Qəlbləri titrədən ana kəlməsi
------Bir dənəm,ölərəm mən sənin üçün
Heç vaxt ayrılmaram bir körpə üçün
Daha sıx bağlanıb biri-birinə
Sevgisin böyütdü körpə yerinə
Səma söylədi ki,düşünsən bir az
Bütün gözəlliklər bir yerdə olmaz
Allah ağıl verib ,cəsarət verib
Sağlamlıq,ev-eşik,fərasət verib
Altay--çox sevirəm deyərdi hər gün
Səma da--Ölərəm mən sənin üçün
Bəzən işdən evə gəldiyi zaman

Sürpriz alardı əri Altaydan
Güzgünün önündə bir not görərdi
Axı onun əri qayğıkeş ərdi
----Əzizim,birdənəm,yuxarıya qalx
Kitab dolabının üst rəfinə bax
İkinci rəfdə də bir not olardı
Səma sevə-sevə tez oxuyardı
Sonunda tapdığı bir dəstə çiçək
Üstündə də bir not ,ey gözəl mələk,
Səmam,sənin üçün ölərəm,inan
Bütün gözəlliklər yanında yalan
Bəzən də alırdı gözəl bir saat
Qiymətli hədiyyə,ya da şokalad
Beləcə ötüşüb keçirdi zaman
Çox şey dəyişmişdi artıq o vaxtdan
Elə ki qırx yaşa qədəm qoydular
Sanma ki sevgidən bezib doydular
Gəzib dolaşdılar hər zaman qoşa
Xoşbəxt yaşadılar,verib baş-başa
Bir gün gəzişərkən sahildə Səma
Gözləri sataşdı belə reklama
Xaraba bir evin üzərindəki
Satılır sözünə senindi sanki
----Nə deyirsən,evi alaqmı,Altay
Viranəni yıxıb qurarıq saray
Artıq bir layihə hazırladım mən
Çox gözəl olacaq qəlbimdən keçən
Çox böyük eyvanlı bir dəniz evi
Bilirsən dənizi Səma çox sevir
Böyük bir eyvanı,dəniz küləyi
Yeyək qağayıyla səhər yeməyi
----Yox demərəm sənə,ay nazlı afət
Bu evi alaram gələndə,əlbət
Ezam olunmuşam Amerikaya
Dönüb zəng edərəm o əmlakçıya
Bir həftə il qədər gəldi Səmaya
Təklikdən az qalır ürək partlaya
Nəhayət qayıtdı səfərdən əri
Amma danışmırdı dünəndən bəri
Nə isə var idi bir qəribəlik
Susurdu,dinmirdi qadın hələlik
Hərdən də boynuna sarılıb həmən
-----Niyə dəyişmisən,gəldiyin gündən
Heç üzün gülməyir,nə olub sənə
Hansı sözüm sənin dəyib xətrinə
Niyə zəng etmirsən,bəs əmlakçıya
Qaşqabaq tökərək dedi Səmaya
------O ev çox bahadır,ala bilmərik
Sonra bir baxarıq,qalsın hələlik
Şübhələr gəlinin qəlbinə doldu
Bir gün rəfiqəsi qonağı oldu
Dinləyib sonra da kəsdi sözünü
Dedi:---Dayan deyim sənə düzünü
Xəyanət eyləyir sənə ALtayın
Görüşür biriylə,tapıbdır tayın
Mindirir qadını hər gün maşına
Min dəfə dolanır gündə başına
Sarmaş-dolaş olub gün keçirirlər
Sənə lazımdımı xəyanətkar ər
İnanmırsan mənə,odur restoran
Gözünlə görərsən,bir qədər dursan
Uşaq həkimidir qadın ,deyəsən
Evinizə gəlib gedirdi hərdən
Səma fəryad edib söylədi:---Sus,sus
Qısqandığın üçün deyirsən,əfsus
Dost hesab etmişdim səni özümə
Bu gündən görünmə daha gözümə
Restoran doluydu ağzına qədər
Səma düşünürdü:---Gəlmişəm hədər
Dayanıb pusquda durdu o pəri
Nə görsə yaxşıdı,ay aman,əri
Budur,gözləriylə gördü qadını
Dayan,hatta bilir onun adını
Hə,xəstəxanada görmüşdü onu
Hətta evə gəlib bir həftə sonu
-----Uşaq həkimidir həmin bu qadın
Aman,unutmuşam,nə idi adı
Bilmirdi nə etsin,haraya getsin
Key kimi dayandı çarəsiz,gəlin
Susuz balıq kimi çatmır havası
Uçub dağılmışdı könül dünyası
Axşam evə döndü şəhərdən altay
Səma qışqıraraq saldı hay-haray
Üzünə hayqırdı gördüklərini
Gah da qucaqladı qadın ərini
Yazıq görkəm verib üzünə altay
Söylədi:---Nə olar,salma hay-haray
İnkar etmədi o,dedi doğrudu
İndi dəyişmişəm ,sevdiyim odu
Son dəfə görüşək,bağışla məni
Dost kimi ayrılaq,gəl öpüm səni
Nifrətlə qapını açaraq qadın
---Rədd ol,sən sevgimə layiq olmadın
Deyib arxasınca şırpdı qapını
Elə bil ildırım vurdu qadını
Səma çox sevirdi,sevirdi onu
Unuda bilmirdi könül dostunu
Düz bir il idi ki ayrıldıqları
Heç tənha qoymurdu onu dostları
Zaman heç dərdinə çarə olmadı
Düşmürdü dilindən Altayın adı
Altayın dostundan eşitdi belə
Amerikaya köçüb sevgilisiylə
Bir səhər oyandı zəngin səsinə
Söylədi:----Bu kimdi görən,dərdi nə
Fikirli-fikirli açdı qapını
Qapının önündə gördü qadını
Nə üzlə gəlmişdi,nə idi qəsdi
Qışqırmaq istədi ,çıxmadı səsi
Gənc qadın əsirdi həyəcanından
Sivişib içəri keçdi yanından
Söylədi israrla,xahiş edirəm
İzin ver sözümü deyib gedirəm
Bir az öncə öldü könül həmdəmin
Doğrusu,söyləmək çətindir,çətin
Göründüyü kimi deyil əslində
Bir özgə əlcı yoxdu əlində
Xəstə olduğunu bildiyi zaman
O da çəkib getdi sənin yanından
Sağalmaz dərdini gizlətmək üçün
Bilirdi ölərsən sən onun üçün
Yalandan uydurdu Amerikanı
Sənə də çatdırdı acı yalanı
İlk görüş yeriniz dayanacaqda
Balaca ev tutub durdu ayaqda
Düz bir il yaşadı,əlac aradı
Aldığı dərmanlar kömək olmadı
Gecə baxıcısı zəng edib mənə
Söylədi yetişim son nəfəsinə
Bu qutunu verdi çatdırım sənə
Gedirəm,istəsən gələrəm yenə
Ölmək istəyirdi zavallı qadın
Hey təkrar edirdi Altayın adın
Sel kimi axırdı gözünün yaşı
Yenə not yazmışdı ömür yoldaşı
-----Bir dənəm,lütfən bu notları oxu
Sənin ilə keçdi ömrümün çoxu
Heç vaz keçmədim ki,sevməkdən səni
Bilirəm ,sən də çox sevirsən məni
İndi söz ver mənə,gözəl mələyim
Yaşa mənim üçün,budur istəyim
Sənin üçün ölləm deyərdin mənə
Qorxudan bu oynu oynadım sənə
Fəqət mənim üçün ölmə,sən yaşa
Oxudu....Taleyi dəymişdi daşa
Gördü ki qutuda bir məktub da var
Məktubu götürdü,altında açar
Yazmışdı Altayı ona son kağız
---Səni izləyəcəm,deyilsən yalqız
Sahildəki evi almışam sənə
Sənin proyektin alındı yenə
Oturub eyvanda qağayılarla
Naqhar edə-edə məni xatırla
Köksünü ötürdü dərindən dərin
Girmək istəyirdi altına yerin
Təngiyir nəfəsi,çatmır havası
Uçub dağılmışdı könül dünyası

06.09.2015




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

15:48 “Bu vəziyyətdə kimin namusunu ləkələyim?” - Acı həyat hekayəsi Salon müdiri rəqibindən intiqam almaq üçün bakirəliyini pozdu... Mediaxeberleri.az sizə daha bir maraqlı həyat hekayəsini təqdim edir. Bu dəfə də qəhrəmanımız qadındır, 35 yaşı var. Nazilə (ad şərtidir) 17 yaşında gözəllik salonlarından birində işə başlayıb. Dediyinə görə, uşaq vaxtı rəssam
14:08 Acı bir sevgi hekayəsi Bir avtobus dayanacağında qarşılaşmışdılar ilk dəfə... Biri tibbdə, digəri memarlıqda oxuyurdu. O ilk qarşılaşmadan sonra bir daha, bir daha, bir daha qarşılaşa bilmək üçün həmişə eyni saatda, eyni dayanacaqdan, eyni avtobusa mindilər. Gənc idilər, çox gənc... Birbirləri ilə danışacaq cəsarəti
23:39 Könül Şıxaliyeva: Ailə həyatı qurmaqla yanaşı oğlan övladıda dünyaya gətirməyi də planlaşdırmışam Yeni çıxan bir müğənni olmağına baxmayaraq səni televiziyalarda çox az görürük. Saytlarda özün haqqında sənətin haqqında müsahibən demək olarki yox səviyyəsindədir buna səbəb nədir? - Dəvət almıram. Gedib kiminsə qapısın döyməyəcəmki məni hansısa verilişinizə qonaq çağırın. Bəlkə tənbəllik sənin
03:01 Xanım redaktordan inanılmaz eşq etirafları - 16+ “Sevgi etirafı” layihəsində - Yaşım 43-dür. Bu ay 44 olacaq. Yaşayıram. “Həyat 5 günlükdür” deyənlər heç də səhv etməyib. Mən bu 44 ilimi elə 5 günlük ömür kimi yaşadım. Necə gəlib bu yaşa çatdım, heç bilmədim... Bu sözləri görüşdüyümüz gün dedi. Amma sosial şəbəkədəki söhbətimiz zamanı tamam
15:24 "Bu gecə mənimlə yat, ürəyin nə istəyir alacam sənə" - Qadin müğənnilər arasında rüsvayçı dava Mərhum müğənni Vidadi Bərdəlinin qızı ifaçı Aytac Vidadiqızının müsahibəsi qalmaqala səbəb olub. Lent.az-a açıqlama verən müğənni Afaq Aslan bildirib ki, A.Vidadiqızı onun adını çəkmədən barəsində xoş olmayan fikirlər səsləndirib: "Dünən həmkarımın mənim haqqımda söylədiyi açıqlamanı dostlarım

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az