t s

» » Türkiyə qələbəni əldən verdi, Belçikadan darmadağın

Türkiyə qələbəni əldən verdi, Belçikadan darmadağın

29-03-2015, 08:57 Yazar:  Aygün Baxılıb: 539 Çap et
Türkiyə qələbəni əldən verdi, Belçikadan darmadağın Fatih Terimin komandası oyuna əlavə olunmuş ikinci dəqiqədə qapısında qol görüb

AVRO-2016-nın seçmə mərhələsində V turun oyunları davam edir.

Mediaxeberleri.az-ın "Apasport"a istinadən məlumatına görə, millimizin qrupu ilə yanaşı, daha 6 qarşılaşma baş tutub.

Turun ikinci günü qonşu Türkiyə yığması çətin sınaq qarşısına çıxıb. “Ay-ulduzlular” səfərdə Hollandiya ilə görüşüb. 37-ci dəqiqədə Burak Yılmazın qolu ilə fasiləyə üstün yollanan Fatih Terimin yetirmələri son dəqiqələrdə qələbəni əldən verib. 90+3-cü dəqiəqədə “Qalatasaray”ın futbolçusu Uesli Sneyder komandasını məğlubiyyətdən xilas edib – 1:1.

B qrupunda tura liderlərin dueli ilə start verilib. Belə ki, İsrail Uelsi sınağa çəkib. Qonaqlar 0:3 hesabı ilə qalib gəlib.

Seçmə mərhələyə uğursuz başlayan Bosniya və Herseqovina səfərdə Andorranın qonağı olub. Bu dəfə də qonaqlar eyni hesabla meydan sahiblərini üstələyib – 0:3.

Evdə Kiprlə münasibətərinə aydınlıq gətirən Belçika isə darmadağınlı qələbəyə sevinib. Matç 4:0 hesabı ilə belçikalıların qalibiyyəti ilə başa çatıb.

Qeyd edək ki, H qrupunda yer alan millimiz Bakıda Maltaya 2:0 hesabı ilə qalib gəlib. Yığmamızın rəqibləri Xorvatiya Norveçi darmadağın edib (5:1), İtaliya Bolqarıstanla “sülh bağlayıb” – 2:2.


28 mart
“Avro-2016”nın seçmə mərhələsi, V tur

A qrupu

Qazaxıstan - İslandiya - 0:3
Qollar: Qudyonsen, 20 (0:1), Bjarnason, 32 (0:2), 90+1 (0:3)

Çexiya - Latviya - 1:1
Qollar: Visnakovs, 30 (0:1), Pilar, 90 (1:1)

Hollandiya - Türkiyə - 1:1
Qollar: B.Yılmaz, 37 (0:1), Sneyder, 90+2 (1:1)





B qrupu

İsrail - Uels - 0:3
Qollar: Remsi, 45+1 (0:1), Beyl, 50 (0:2), 77 (0:3)

Andorra - Bosniya və Herseqovina - 0:3
Qollar: Dzeko, 13, 49, 62 (0:3)

Belçika - Kipr - 5:0
Qollar: Fellaini, 21 (1:0), Benteke, 35 (2:0), Fellaini, 66 (3:0), Hazard, 67 (4:0), Batşuayi, 80 (5:0)





www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

09:21 AVRO 2016-nın nəticələri: İngiltərə və Avstriyadan darmadağın Monteneqro – Rusiya matçı isə yarımçıq dayandırılıb Ötən gün futbol üzrə Avropa çempionatı - 2016-nın seçmə mərhələsində V turun oyunları keçirilib. Ilk oyun günündə C, E və G qruplarında mübarizə aparan komandaların qarşılaşması baş tutub. C qrupunda son Avropa çempionu İspaniya millisi öz
08:46 Yığmamız ikinci yeri tutdu, "pley-off"a vəsiqə qazandı Futzal üzrə Avropa çempionatının əsas seçmə mərhələsində millimizin çıxış etdiyi IV qrupun son turunun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, yığmamızın Ukrayna ilə keçirdiyi qarşılaşmadan sonra qrup birincisinin kimliyi bəlli olmalı idi. Əvvəlcə Sərhədçi İdman Olimpiya
08:36 "Beşiktaş” vidalaşdı, "Fiorentina” və "Ayaks" növbəti mərhələdə! Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, eyni gündə baş tutan bütün qarşılaşmalarda 1/4 finalçıllar bəlli olub. Türkiyənin turnirdə yeganə təmsilçisi “Beşiktaş” İstanbulda Belçika “Brügge”si ilə qarşılaşıb. İlk görüşdə rəqibinə uduzan
01:31 "Beşiktaş" ingilisləri evə əliboş göndərdi - "Qara qartal"ın zəfəri! Avropa Liqasında 1/16 finalın cavab oyunlarına start verilib. Rusiya paytaxtı Moskvada "Dinamo" "Anderlext"i, Peterburqda isə "Zenit" PSV-ni qəbul edib. Hər iki oyunda Rusiya təmsilçiləri qələbə qazanaraq 1/8 finala yüksəliblər. Türkiyə klublarından "Beşiktaş" evdə "Liverpul"la qarşılaşıb.
20:55 Prosineçkinin millimizdə debütü uğursuz oldu Bu gün Antalya toplanışı çərçivəsində Azərbaycan milli komandası Donetsk “Şaxtyor”u ilə yoxlama görüşü keçirib. Mediaxeberleri.az xəbər verir ki, qeyri-rəsmi xarakter daşıyan və xorvatiyalı mütəxəssis Robert Prosineçkinin millimizdə debütü olan görüşdə komandamız uduzub. Oyuna fəal başlayan

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az