t s

» » “Nadirin günahı çox olub...” – qadın müğənnilər təhqirə cavab verdilər

“Nadirin günahı çox olub...” – qadın müğənnilər təhqirə cavab verdilər

10-03-2015, 01:34 Yazar:  Aygün Baxılıb: 1136 Çap et
“Nadirin günahı çox olub...” – qadın müğənnilər təhqirə cavab verdilərMüğənni Nadir Qafarzadənin bu günlərdə verdiyi açıqlama qadın həmkarları tərəfindən hiddətlə qarşılanıb. Belə ki, o, “Bazar səhəri” verilişində qadın sənətçi ilə evliliyə yaxşı baxmadığını deyib və açıq mətnlə onları təhqir edib: “Ömrü boyu müğənni xanımla evlənmərən, nə də oğlumu qoymaram müğənni xanım alsın. Heç kim məndən küsməsin, inciməsin! Yenə də deyirəm, birmənalı olaraq müğənni xanımla evlənmərəm”.


Nadir Qafarzadənin bu sözlərini qadın həmkarları cavabsız qoymayıblar.



Əməkdar artist, müğənni-bəstəkar Elza Seyidcahan musavat.com-un əməkdaşına bu barədə açıqlama verib: “Hər kəsin öz fikri var. Mən Nadirin fikrinə hörmətlə yanaşıram. Lakin müğənni xanım da qadındır. Onun ailə qurmasında heç bir problem görmürəm. Şəxsən mən müğənni qızı ailəmə gəlin gətirərəm və yaxud da qızımı müğənni oğlana ərə verərəm. Heç kim sonda deyəcəyi sözü əvvəldə deməsin. Bir də görürsən deyirlə ki, “mən evli kişinin ailəsini dağıdıb ona ərə getmərəm”. Amma sonda görürük ki, dediyi fikrin əksinə hərəkət edir. Yəni deməyim budur ki, heç kim bilmir sonu nə ilə nəticələnəcək.

“Müğənni qızı oğluma almaram” deyən kəs yəqin ki, xeyli problemi olduğundan bu cür fikirləşir. Görünür, o insan bu sənətdə xeyli günah sahibi olub. Əgər mən müğənnilik edib çirkab həyat yaşamıramsa niyə müğənni qızı evimə gəlin gətirməyim? Deməli özü çirkabda yaşayır. Və istəmir ki, çirkab içində olan bir qız onun ailəsinə gəlin gəlsin. Müğənni xanımlar da ailəsini sevən, cəfakeş, millətinə, xalqına bağlı insanlardır. Bu cür xanım müğənnilərimizdən Brilliant Dadaşova, Gülyanaq və Gülyaz Məmmədova bacılarını, Könül Xasıyevanı və s. göstərə bilərəm”.



Bu yaxınlarda üçüncü dəfə ana olan müğənni Xuraman Şuşalı da Nadir Qafarzadənin fikirləri ilə razı olmadığını bildirdi: “Müğənni xanım da bir ailənin övladı, qızıdır. Onun da evindən bir ata, qardaş boylanır. Nadir Qafarzadənin bu açıqlamasından belə aydın olur ki, o, evə artıq pul gətirən xanımdan nigarandır”.



Azərbaycanın xalq artisti Gülyaz Məmmədova da həmkarının səsləndirdiyi fikrə öz rəyini bildirdi: “Hər bir sahənin yaxşısı da pisi də var. Onun dediyi sözləri hər kəsə şamil etmək olmaz. Nadir müğənni xanımla evlənmək və yaxud da oğluna müğənni xanım almaq istəmir bu onun öz işidir. Amma hər bir halda qeyrətli, namuslu müğənni xanımlarımız kifayət qədərdir. Ümumiyyətlə Azərbaycan xanımı hər baxımdan əxlaqlı və nümunəvidir. Fikrimcə başqa söhbətlər gərək deyil. Nadir bunu niyə deyib anlaya bilmirəm...Onun xətrini çox istəyirəm, lakin bu fikri ilə razı deyiləm”.

Xalq artisti səhnəyə gələrkən ailəsi tərəfindən maneələrlə üzləşdiyindən danışıb: “Əvvəllər qız xeylağının səhnəyə çıxıb oxumasını qəbul etmirdilər, ailələr buna qarşı gəlirdi. Müğənni xanımlar ailə qura bilmirdi. Lakin artıq bir neçə ildir şahid oluruq ki, xeyli sayda müğənni xanımlarımız da ailə qurub, ev-eşik sahibi olurlar. Yəni bu etapı artıq keçmişik. Bu gün biz səhnəyə çıxıb hansısa artıq -əskik hərəkət etmirik ki... Mən şəxsən kənddə böyümüşəm. Atam çox hökmlü idi. Lakin buna baxmayaraq bildirdi ki, “əgər mənim qızlarımın səsləri varsa oxumalıdırlar”. Əgər Allah bu səsi mənə veribsə niyə oxumayım? Pis xarakter və xüsusiyyət əgər qadının canında varsa bu sənətə baxmır. Hansı sahədə çalışırsa çalışsın o xanım öz bəd nümunəsi ilə özünü təqdim edəcək. Daxili xarakterin sənətə dəxliliyi yoxdur. Biz səhnədən tamaşaçılarımıza öz sənətimizi bəxş edirik. Başqa şeylər bizə gərək deyil”.

“Müğənni gəlininizin olmasını istərdinizmi?” sualımıza xanəndə belə cavab verdi: “Niyə də yox. Əgər oğlum bu sənətdən olan xanımı sevərsə məmnuniyyətlə onu evimdə gəlin görmək istərdim. Oğlum da musiqiçidir”.



Əməkdar artist Nüşabə Ələsgərli Nadir Qafarzadəyə bir qədər haqq qazandırdığını dedi. Onun sözlərinə görə, əgər ailəsinə müğənni xanım gəlin gələrsə artıq sənətindən vaz keçməlidir: “ Hər kəsin öz seçimi var. Ola bilsin Nadir Qafarzadə nəyəsə əsaslanıb deyir. Mən müğənni qızın ailəmizə gəlin gəlməsindən narazı deyiləm. Lakin gəlin olduqdan sonra gərək müğənnilikdən əl çəksin. İstərdim ki, o, işləməkdənsə ailəsinə bağlı olsun. Müğənni xanım tədbirlərdən evə gec gəlir, gecə saatlarınadək toylarda olur. Yəni gəlin kimi ailəsinə xidmət edə bilmir. Uşaqlıqdan musiqiyə böyük marağım var idi. Buna görə də valideynlərim məni musiqi məktəbinə verdilər. Lakin müğənni olmağımı gözləmirdilər. Onların fikrincə musiqi sahəsində yalnız müəllim kimi fəaliyyət göstərə bilərəm. Yadımdadır müğənni olanda ailəmdə narazılıqlar var idi”.



Müğənni Könül Kərimova da həmkarının fikri ilə razı olduğunu dedi: “Nadirin fikri ilə mən də razıyam. Mən də olsaydım oğluma müğənni qız almazdım. Ümumiyyətlə kimisə təhqir etmək fikrim yoxdur. Çünki özüm də bu sənətdəyəm. Mən istəyirəm ki, mənim gəlinim evində olsun, çöllərdə qalmasın. İstəyirəm bizim evə gələn gəlin ev qızı olsun... Özüm bu sənətin sahibi olduğumdan bu sahədə gedən işlərdən yaxşı xəbərdaram. Şəxsən mən günlərlə, hətta aylarla evdə olmamışam, ailəmə həsrət qalmışam. Vaxtilə rayonlara tez-tez qastrol səfərlərə gedirdim. Yolda fikirləşirdim ki, ”görəsən uşaqlarım necədir, yeməklərini yeyiblərmi, onlara necə baxdılar?” və s. Baxmayaraq ki, uşaqlara mənim anam baxırdı, yenə də ürəyim onların yanında qalırdı. Mən qastrol səfərlərindən geri dönüb, evə gələndə özümü qaçaraq içəri salırdım. Yatan uşaqlarımın qoxularından, nəfəslərindən doya bilmirdim. Bu cür xatirələri yadıma salanda az qala ürəyim partlasın... Müğənni gəlini mən də istəmirəm, qoy gəlinim evdə oturub öz ailəsinə, uşaqlarına baxsın. Balalarımın balası onların yaşadıqlarını yaşamasın”.

Qeyd edək ki, müğənni Nadir Qafarzadə verdiyi qalmaqallı açıqlamada öz fikrini təsdiqləmək üçün Hüseyn Arifdən misal da gətirib: “Sənət aləmində belə bir əhvalat danışılır; Hüseyn Arif xanım sənətçilərdən birinə zəng vurur ki, filan rayonda toy var, gəl gedək. Həmin müğənni, “ərim rayona toya qoymur” deyəndə, şair ona belə cavab verir; “Sənin ərin xalqdır”. Düz də deyib. Müğənni arvad tək mənə məxsus olmayacaq. Bir də ki, o arvad gedib gecə yarıya qədər toylarda oxuyub pul qazanacaq, mən də evdə oturub onu gözləyəcəm. Sonra da 100 minlik maşın sürüb genələcəm?".

Xalidə Gəray, musavat.com




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

01:28 Tolik Aygünün nişanlanmasından danışdı "Aygünün adından istifadə edib reklam qazanır". Bu sözləri Axar.az-a xalq artisti Aygün Kazımovanın gənc müğənni Fərid Şərifovla nişanlaması ilə bağlı yayılan xəbərə münasibət bildirərkən prodüsser Tolik (Tarix Əliyev) dedi: "Hal-hazırda Aygün xanımla bərabərəm. Elə bir şey yoxdur. Bu xəbəri
16:39 Nadir Qafarzadədən qadın müğənnilərlə bağlı təhqiramiz açıqlama... "Nə özüm müğənni xanımla evlənmərən, nə də oğlumu qoymaram" Qalmaqallı müğənni Nadir Qafarzadə növbəti bombasını partlatdı. ANS PRESS-in məlumatına görə, ifaçı ANS TV-nin "Bazar səhəri" verilişində xanım həmkarlarını qəzəbləndirəcək etiraflar edib. O, qadın sənətçi ilə evliliyə yaxşı baxmadığını
08:15 Xanım müğənni geyimi ilə medianın gündəminə bomba kimi düşdü (Video) Gənc müğənni açıq-saçıq geyimi ilə hamını məst etdi "Dünyanın hər yerində bu işi görənlər belə geyinirlər" Türkiyənin reytinqli proqramlarından birində iştirak edən gənc xanım müğənni geyimi ilə medianın gündəminə bomba kimi düşüb. Qardaş ölkənin tanınmış şoumenlərindən olan Okan Bayülgenin
02:03 “Şpaqat” açan müğənni: “Sinəmi böyütsəm...” “İndiyədək müğənnilər arasında “şpaqat” açan olmayıb deyə, məni belə tanıyırlar. Mən idmanla məşğul oluram. Uşaqlıqda bədii gimnastika dərslərinə getmişəm. İndi isə qaçışla məşğulam, idman zallarında məşq edirəm. Deyilənlər mənə bir qram da təsir etmir. Bəzən məndən soruşurlar ki, toyda oxuyarkən
23:03 "Xanımım üçün hər şey etmişəm: ev bağışlamışam, brilyantlar almışam, ətirlərinin sayı-hesabı yoxdur" - Nadir Qafarzadə 14 fevral bütün dünyada Sevgililər günü kimi qeyd olunur. Axşam.az tanınmışlar arasında sorğu apararaq, onların bu günü necə keçirəcəklərini öyrənib: Müğənni Nadir Qafarzadə - Restoranların birində romantik gecə yaşayacağıq. İkimiz baş-başa övladlarımızdan, gələcək planlarımızdan danışacağıq.

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az