Hacı Əliyev karyerasını başa vurdu
Azərbaycanlı güləşçi Hacı Əliyev karyerasını başa vurub. Mediaxeberleri.Az xəbər verir ki, bu barədə o, şəxsi İnstaqram hesabında paylaşım edib. Paylaşımda “Bu da son!” sözləri yazılıb. Qeyd edək ki, 65 kq çəki dərəcəsində yarışan, üçqat dünya və dördqat Avropa çempionu olan 33 yaşlı idmançı Paris-2024 Olimpiya Oyunlarında 1/4 finalda macar həmkarına uduzub.
Oxunub: 324
Xəbəri paylaş
Paylaş: