Deputatlığa namizəd Azər Əmiraslanov seçicilərlə görüş keçirib
Bildirib ki, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş siyasətin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində ölkədə ictimai-siyasi sabitlik təmin edilib, iqtisadiyyatın şaxələndirilməsi prosesi uğurla həyata keçirilib.
VII çağırış Milli Məclisə seçkilərdə 108 saylı Ağstafa seçki dairəsindən deputatlığa namizəd Azər Əmiraslanovun avqustun 10-da Dağ Kəsəmən kəndində seçicilərlə növbəti görüşü keçirilib.
Mediaxeberleri.Az xəbər verir ki, Azər Əmiraslanov görüşdə seçki platformasını açıqlayıb.
Deputatlığa namizəd qeyd edib ki, hazırkı tarixi mərhələdə qarşıda mühüm vəzifələr durur. O bildirib ki, Azərbaycanın inkişafını yeni mərhələyə çatdırmaq, dövlətimizi daha qüdrətli etmək, vətəndaşlarımızın rifahının daha da yüksəlməsinə nail olmaq, sabitliyi qorumaq onun seçki proqramının əsasını təşkil edir. Bundan başqa, Azər Əmiraslanov seçicilərinin sosial-rifah halının daha da yaxşılaşdırılması, qarşılaşdıqları problemlərin həlli üçün əlindən gələni edəcəyini, onların sözünü Milli Məclisin tribunasından səsləndirəcəyini söyləyib.
Görüşdə çıxış edən Arif Ələkbərov, Vüqar Kərimov, Həcər Namazova və başqaları Azər Əmiraslanovun layiqli namizəd olduğunu, onun seçkilərdə qələbə qazanacağına inandıqlarını bildiriblər. Natiqlər Azər Əmiraslanovun öz seçicilərini millət vəkili kimi lazımı səviyyədə təmsil edəcəyinə əminliklərini ifadə ediblər.
Daha sonra Azər Əmiraslanov seçicilərin problemləri ilə maraqlanıb, onların qaldırdıqları məsələlərlə bağlı fikirlərini bildirib.
Seçiciləri maraqlandıran sualları cavablandıran deputatlığa namizəd qaldırılan hər bir məsələyə diqqətlə yanaşacağını, əhalini narahat edən problemlərin həlli üçün əlindən gələni edəcəyini vurğulayıb.
Görüş iştirakçıları Azər Əmiraslanova uğurlar arzulayıblar.