Hacı Əliyev ilk görüşündə qələbə qazandı
Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarında mübarizəyə start verib. Mediaxeberleri.Az xəbər verir ki, 65 kq çəki dərəcəsində yarışan, üçqat dünya və dördqat Avropa çempionu olan Əliyev isə meksikalı Ostin Qomeslə üz-üzə gəlib. Görüş təmsilçimizin 7:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.
Oxunub: 225
Xəbəri paylaş
Paylaş: