Bu xəstəliyi olan şəxslər də hərbi xidmətə çağırılacaq
Qalxanabənzər vəzin 1 sm-dən kiçik və tam sistik düyünləri aşkar edildikdə və hormonal funksiya pozulma olmadığı halda hərbi xidmətə yararlı hesab edilir. Mediaxeberleri.Az xəbər verir ki, bu barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti məlumat yayıb. Qeyd olunub ki, sözügedən hal şəxslərin hərbi tədris müəssisələrinə daxil olmağına mane olmur. Bundan əlavə olaraq, I və II dərəcəli eutireoid zob olanlar hərbi xidmətə yararlı sayılır. Eutireoid zob diaqnozu ultrasəs müayinəsi ilə təsdiq olunmalıdır.
Oxunub: 222
Xəbəri paylaş
Paylaş: