Bakıda orta aylıq maaş artdı
2024-cü ilin yanvar-may aylarında Bakı şəhərində muzdla işləyənlərin orta aylıq nominal əmək haqqı 1272,3 manat təşkil edib. Bakı şəhər Statistika İdarəsindən Mediaxeberleri.Az-a bildirilib ki, bu göstərici 2023-cü ilin müvafiq dövrünə nisbətən 8,3% çoxdur. Qeyd edək ki, 2024-cü ilin yanvar-may aylarında Azərbaycada muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 9,4% artaraq, 1003,3 manat olub.
Oxunub: 219
Xəbəri paylaş
Paylaş: