Daha 18 yaşayış məntəqəsi qazsız qalacaq
Bu gün Cəlilabad rayonunun 18 yaşayış məntəqəsində qaz kəsiləcək. Mediaxeberleri.Az xəbər verir ki, rayon ərazisində yerləşən "Cəlilabad" qaz paylayıcı stansiyada sənaye xətti ilə əhali xətti arasında əlaqələndirici qaz xəttinin quraşdırılması məqsədilə Cəlilabad şəhəri, Uzuntəpə, Hasıllı, Hacıismayıllı, Seyidbazar, Fərzilli, Abdullu, Astanlı, Cəfərli, Zopun, Çinəxanlı, Həsənli, Suluçeşmə, Əliabad, Sərhədabad, Maşlıq, Muğan və Söyüdlü kəndləri olmaqla ümumilikdə 17 000 abonentin qaz təchizatının bu gün saat 09:00-dan işlər başa çatana qədər dayandırılması planlaşdırılır. Qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamaq və təhlükəsizlik tədbirlərinə riayət etmək xahiş edilir.
Oxunub: 240
Xəbəri paylaş
Paylaş: