İki il öncə itkin düşən hərbçilərimizin nəşi ailələrinə verildi
İki il əvvəl Laçın rayonu ərazisində əlverişsiz hava şəraitində xidmət zamanı istiqaməti itirərək itkin düşmüş iki hərbi qulluqçulardan birin nəşi ailəsinə təhvil verilib. Mediaxeberleri.Az APA-ya istinadən xəbər verir ki, əsgər Fərid Əjdər oğlu Məmmədovun cənazəsi onun doğulub boya-başa çatdığı Ağdam rayon Orta Qərvənd kəndinə gətirilib. Şəhidin vida mərasimi 8 avqust tarixində Ağdam rayon Quzanlı qəsəbəsində keçiriləcək. O, Quzanlı qəsəbə Şəhidlər xiyabanında dəfn ediləcək. *** 2022-ci ilin martın 3-də Laçın rayonunda sərhəd istiqamətində itkin düşən Azərbaycan Ordusunun əsgəri 2003-cü il təvəllüdlü Firdovsi Mais oğlu Abdullayevin meyit qalıqları Gəncə şəhərində ailəsinə təhvil verilib. Onun qalıqları Məhsəti qəsəbəsində yaşadığı evə gətirilib. Firdovsi Abdullayevin meyitinin qalıqlarının ailəsinə təhvil verilməsi mərasimində Goranboy Rayon İcra Hakimiyyətinin birinci müavini Seymur Nazarov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəisi Hikmət Orucov, hərbçilər və qazilər iştirak ediblər. Firdovsi Abdullayevla sabah yaşadığı evdə vida mərasimi keçiriləcək. Onun meyitinin qalıqları sabah Gəncənin şəhidlər xiyabanında dəfn ediləcək.