Azərbaycanda un və çörək ucuzlaşa bilər - VİDEO
Azərbaycanın buğda aldığı yeganə ölkə Rusiya 2024-cü ilin avqustun 7-dən bu məhsulun ixracına tətbiq etdiyi rüsumu iki dəfə azaldacaq. Həmçinin Qazaxıstanın Kənd Təsərrüfatı Nazirliyi Azərbaycana 1 milyon tondan çox buğda tədarük etməyə hazır olduğunu bəyan edib. Bu göstərici 2023-cü ildə ölkəyə gətirilən buğdanın 85 faizinə bərabərdir. Bəs bu amillər Azərbaycana idxal olunan buğdanın qiymətinə necə təsir edə bilər? İqtisadçı Eldəniz Əmirov mövzu ilə bağlı bildirib ki, buğda idxalı böyük həcmdə icra edildiyi üçün dünya bazarında baş verən bahalaşma Azərbaycana dərhal təsir etmir. "İdxal edilmiş buğdanın qiymətində ucuzlaşma olarsa, biz bunu unun və çörəyin qiymətində də görə bilərik", - deyə o əlavə edib. Daha ətraflı Baku TV-nin süjetində: