Bakıda külək güclənib, bəzi rayonlara yağış yağıb - FAKTİKİ HAVA
Avqustun 7-si saat 8:30-a olan məlumata görə əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib. Bu barədə Mediaxeberleri.Az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, bəzi dağlıq və dağətəyi rayonlarda qısamüddətli yağış yağıb, şimşək çaxıb. Düşən yağıntının miqdarı Gədəbəy, Naftalan, Qobustan, Altıağac, Quba, Şabranda, Bakıda və Abşeron yarımadasında 1 mm-dək olub. Əvvəlcədən verilən sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi arabir Bakıda və Abşeron yarımadasında 23 m/s, Culfada 18 m/s-dək güclənib. Qrız, Şahdağda duman müşahidə olunub. Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 35, Naxçıvan MR-da 39, Aran rayonlarında 38, dağlıq rayonlarda isə 28 dərəcəyədək isti olub.
Oxunub: 285
Xəbəri paylaş
Paylaş: