Türkiyədə elan etdilər: Ukrayna bu tarixdə təslim olacaq
Ukrayna Rusiya ilə münaqişədə ən çox 2025-ci ilin sonuna qədər dayana biləcək. Mediaxeberleri.Az xəbər verir ki, bunu türkiyəli analitik, Vətən Partiyasının üzvü Orçun Göktürk “RİA Novosti” yə bildirib. O vurğulayıb ki, ölkənin siyasi çöküşü hərbidən daha sürətli ola bilər. “Nəhayət, Kiyev və onun Qərb hərbi liderləri sual verəcəklər: “Biz nə vaxt danışıqlar masasına oturacağıq?” Bu, Rusiya və Ukrayna arasında hərbi güc balansının getdikcə daha çox Ukrayna ordusuna qarşı əyilməsi ilə bağlıdır”, - o qeyd edib. Türkiyəli siyasətçi rəsmi Kiyevin hərbi xidmətə çağırış yaşını 25-ə endirdiyini də xatırladıb. Ekspertin fikrincə, Ukrayna Silahlı Qüvvələrinin bütün təcrübəli və elit hərbi hissələrini itirdiyini, ordunun döyüş qabiliyyətinin kəskin şəkildə aşağı düşdüyünü nəzərə alsaq , o zaman Kiyev hakimiyyəti maksimum 2025-ci ilin sonuna qədər dözə biləcək. Bundan əvvəl Ukrayna prezidenti Leonid Kuçmanın keçmiş müşaviri Oleq Soskin bildirib ki, Ukraynada vətəndaş müharibəsi hələ 2024-cü ilin payızında başlaya bilər. Öz növbəsində ABŞ Ukrayna Silahlı Qüvvələrinin döyüş meydanında məğlubiyyətdən qaça bilməyəcəyini bəyan edib. “Ukrayna Silahlı Qüvvələri dağılmadan Ukraynada istənilən nizamlanma demək olar ki, mümkün deyil”,- politoloq Con Mearsheimer deyib.