Qiymətlər artdı, nikahların sayı ən aşağı səviyyəyə düşdü
Gender balansının pozulması, kişilərin sayının qadınlardan daha çox olması və yüksək qiymətlər bu gün gənc çinlilərin bir çoxunun ailə qurmamasının səbəbləridir. Mediaxeberleri.Az xəbər verir ki, 2024-cü ilin birinci yarısında Çində nikahların sayı 12,5 faiz azalıb və ümumilikdə, cəmi 3,43 milyon cütlük ailə qurub. Yerli ekspertlər bunun 1980-ci ildən bəri ən aşağı göstərici olduğunu təsdiq ediblər. Demoqraf Ha Yafunun fikrincə, bu göstəricilərin ildən-ilə bu davamlı azalmasının əsas səbəbi 2014-cü ildən başlayaraq gənc əhalinin sayının getdikcə azalması, eləcə də gender balansının pozulması ilə bağlıdır. İndi ölkədə kişilər qadınlardan daha çoxdur. Toy qiymətlərinin artması və evlilik ideyasına baxışların dəyişməsi də gənc çinliləri nikaha daxil olmaqdan uzaqlaşdırır.