Daşkəsəndə gəlini tərəfindən baltalanan qadın öldü
Daşkəsən rayon Xoşbulaq kəndində balta xəsarətləri alan qadın xəstəxanada ölüb. "Report"un məlumatına görə, 1958-ci il təvəllüdlü Tahirə Məmməd qızı Qurbanova müalicə aldığı xəstəxanada vəfat edib. Xatırladaq ki, T. Qurbanovaya iyulun 27-də Xoşbulaq kəndində mübahisə zəminində balta ilə xəsarət yetirilib. Hadisəni törətməkdə şübhəli bilinən isə onun gəlini, 1982-ci il təvəllüdlü Səidə Həsənovadır. Faktla bağlı araşdırma aparılır. Qeyd edək ki, hadisəni törətməkdə şübhəli bilinən qadın hadisə yerindən qaçıb. Onun axtarışları davam etdirilir.
Oxunub: 355
Xəbəri paylaş
Paylaş: