Azərbaycan Yay Olimpiya Oyunlarında ilk 20-liyə daxil oldu
Azərbaycan Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında medal sıralamasında 18-ci pillədə qərarlaşıb. Mediaxeberleri.Az xəbər verir ki, Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyevin (100 kq) cüdo yarışlarında fəxri kürsünün ən yüksək pilləsinə qalxması yığmamızın aktivinə 2 qızıl medal yazdırıb. Boksçu Alfonso Dominqes (92 kq) yarımfinala yüksəlməklə ən azı bürünc medalı təmin edib. O, mübarizəyə davam etdiyi üçün mükafat cədvəldə göstərilməyib. Qardaş ölkə Türkiyə və Ukrayna 40-cı (hər ikisi 1 gümüş, 1 bürünc), Gürcüstan isə (1 qızıl, 2 gümüş) 21-ci sıradadır. İlk üçlükdə Çin (13 qızıl, 9 gümüş, 9 bürünc), Fransa (11 qızıl, 12 gümüş, 13 bürünc) və Avstraliya (11 qızıl, 6 gümüş, 5 bürünc) yer alıb. Hələlik 54 ölkə medal əldə edə bilib. Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq. Paris-2024 Olimpiadasında medal sıralaması Yer Ölkə Qızıl Gümüş Bürünc Medal sayı 1 Çin 13 9 9 31 2 Fransa 11 12 13 31 3 Avstraliya 11 6 5 22 4 ABŞ 9 18 16 43 5 Böyük Britaniya 9 10 8 27 6 Yaponiya 8 4 6 18 7 Cənubi Koreya 7 5 4 16 8 İtaliya 5 8 4 17 9 Niderland 4 3 2 9 10 Kanada 3 2 6 11 11 Almaniya 2 3 2 7 12-13 Yeni Zelandiya 2 3 1 6 Rumınya 2 3 1 6 14 Macarıstan 2 2 1 5 15-16 Honkonq 2 0 2 4 İrlandiya 2 0 2 4 17 Xorvatiya 2 0 1 3 18 AZƏRBAYCAN 2 0 0 2 19 Braziliya 1 3 3 7 20 İsveç 1 2 2 5 21 Gürcüstan 1 2 0 3 22 İsveçrə 1 1 4 6 23 İspaniya 1 1 3 5 24 CAR 1 1 2 4 25-27 Belçika 1 0 2 3 Qazaxıstan 1 0 2 3 Özbəkistan 1 0 2 3 28-29 Çexiya 1 0 1 2 Qvatemala 1 0 1 2 30-34 Argentina 1 0 0 1 Ekvador 1 0 0 1 Sloveniya 1 0 0 1 Serbiya 1 0 0 1 Uqanda 1 0 0 1 35-36 İsrail 0 2 1 3 Meksika 0 2 1 3 37 KXDR 0 2 0 2 38-39 Yunanıstan 0 1 3 4 Polşa 0 1 3 4 40-42 Kosova 0 1 1 2 Türkiyə 0 1 1 2 Ukrayna 0 1 1 2 43-46 Efiopiya 0 1 0 1 Fici 0 1 0 1 Monqolustan 0 1 0 1 Tunis 0 1 0 1 47 Hindistan 0 0 2 2 48-49 Moldova 0 0 2 2 Tacikistan 0 0 2 2 50-54 Avstriya 0 0 1 1 Misir 0 0 1 1 Portuqaliya 0 0 1 1 Slovakiya 0 0 1 1