Məktəb qarşısında dəhşətli hadisə: Gənc oğlan dörd bıçaq zərbəsi aldı
Sumqayıt şəhərində bıçaqlanma hadisəsi baş verib. "Report" un yerli bürosu məlumat verir ki, hadisə şəhərin Nizami küçəsində, 1 nömrəli tam orta məktəbin qarşısında qeydə alınıb. Belə ki, 2000-ci il təvəllüdlü Pərviz Bağırov tanışı Kamran Qasımovla mübahisə edib. Mübahisə nəticəsində tanışı Pərviz Bağırova dörd bıçaq zərbəsi endirib. Hadisə yerinə polis əməkdaşları və təcili tibbi yardım briqadası cəlb olunublar. Yaralı dərhal xəstəxanaya çatdırılıb. Sumqayıt Tibb Mərkəzindən məlumat verilib ki, 2000-ci il təvəllüdlü Pərviz Bağırov avqustun 2-si axşam saat 23:25-də mərkəzin nəzdindəki Təcili Tibbi Yardım Xəstəxanasına gətirilib. Döş qəfəsinin səthinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulan şəxs cərrahi əməliyyat olunub. Reanimasiya şöbəsinə yerləşdirilən pasiyentin vəziyyəti orta ağır qiymətləndirilir. 2005-ci il təvəllüdlü Kamran Qasımov polis əməkdaşları tərəfindən saxlanılıb.