Azərbaycanın çox yüksək yanğın təhlükəsi olan bölgələri - SİYAHI
Avqustun 2-də respublikanın bəzi bölgələrində yanğın təhlükəsinin kompleks göstəricisi açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Mediaxeberleri.Az-a verilən məlumata görə, Naxçıvan Muxtar Respublikasında (Şərur, Naxçıvan, Şahbuz, Culfa, Ordubad) üzrə yanğın indeksi Ordubad, Naxçıvan, Şərur, Şahbuz, Culfada isə çox yüksək yanğın təhlükəsi növünə çatıb. Gəncə-Qazax (Gəncə, Şəmkir, Tovuz, Göygöl, Naftalan, Tərtər, Ağstafa, Ağdam, Daşkəsən, Gədəbəy) bölgəsi üzrə yanğın indeksi Tovuzda kiçik, Gəncə, Şəmkir, Tərtər, Ağdamda orta, Ağstafa, Naftalan isə çox yüksək yanğın təhlükəsi növündədir. Balakən-Şəki (Şəki, Qax, Oğuz, Qəbələ, Zaqatala, Balakən) bölgəsi üzrə yanğın indeksi Şəki, Sarıbaş, Zaqatala, Qəbələ, Oğuz, Balakəndə kiçik yanğın təhlükəsi növünə aid edilib. Quba-Xaçmaz (Qusar, Quba, Şabran, Şahdağ, Xızı) bölgəsi üzrə yanğın indeksi Şahdağda kiçik, Xızı, Qubada orta, Şabranda isə çox yüksək yanğın təhlükəsi növünə çatıb. Dağlıq Şirvan (İsmayıllı, Şamaxı, Qobustan) bölgəsi üzrə yanğın indeksi Şamaxıda yüksək, İsmayıllı, Qobustanda isə çox yüksək yanğın təhlükəsi növündədir. Lənkəran-Astara (Yardımlı, Lerik, Lənkəran, Astara) bölgəsi üzrə yanğın indeksi Lerikdə kiçik, Yardımlı, Astara, Lənkəranda isə orta yanğın təhlükəsi növünə aid edilib. Qeyd edək ki, avqustun 3-də əksər rayonlarda əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi dağlıq və dağətəyi rayonlarda fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər arabir duman olacaq. Şərq küləyi əsəcək. Bəzi rayonlarda yanğın indeksinin yüksək olduğunu nəzərə alaraq əhalinin ehtiyatlı olması tövsiyə edilir.