İcra başçısı əleyhinə çevrilən açıqlamasından danışdı - ORADA SÖHBƏT...
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayevin adıçəkilən rayonda çökən körpü ilə bağlı jurnalistin sualına cavabı sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Belə ki, yayılan görüntülərdə media nümayəndəsinin “hazırda vəziyyət necədir” sualına İcrası başçısı “Allah cənab Prezidenti qorusun, görürsünüz də hər şey yerindədir” deyə cavab verib. Elnur Rzayevin bu açıqlaması ilə uçmuş körpünün görüntülərin birləşdirildiyi videodan sonra icra başçısı tənqid edilib. Elnur Rzayevin özü isə Gununsesi.info-ya açıqlamasında olay haqında danışıb: “Birincisi, həmin jurnalist məndən müsahibə almırdı. Görüntülərdə də bu aydın bilinir. Onunla avtomobilimə qədər qeyri-rəsmi söhbət etdik. Bildirdim ki, 50 ilin körpüsüdür. Hazırda orada işləyən texnikanı göstərib, “Allah cənab Prezidenti qorusun, görürsünüz də hər şey yerindədir” dedim. Söhbət hadisədən sonra dərhal görülən işlərdən gedirdi”. Elmar Elnuroğlu