Suraxanıda BAZAR AÇAN KİMDİR? - İLGİNC İDDİA
Əslən Şəmkir rayonundan olan Namiq Orucov Suraxanı Rayon Hərbi Komissarlığında Çağırış Rəisi vəzifəsində işləyir. Əməkdaşlarımızın Suraxanı sakinləri ilə, daha doğrusu, Əmircan kənd sakinləri ilə apardıqları söhbət zamanı onların bildirdiyinə görə, vətəndaşlarla Suraxanı Hərbi Komissarlığının Çağırış üzrə cavabdeh olan vəzifəli şəxsi Namiq Orucovdan böyük narazılıqları var.
Yerli sakinlərin bildirdiyinə görə, Namiq Orucov digər şəxslərlə qabaqcadan əlbir olub ayrı-ayrı çağırışçıların həqiqi hərbi xidmətə yararsız hesab edilmələrinə köməklik göstərilməsi müqabilində onlardan müxtəlif məbləğlərdə pul vəsaitini alıb. Amma vətəndaşlar bildirirlər ki, bizim pulumuz Namiq Orucov tərəfindən alınsa da, hal-hazırda övladımız Həqiqi Hərbi Xidmətdədir.
Görünür, Namiq Orucov Arzu Rəhimovun işdən azad olunması ilə əlaqədar heç bir "əməliyyat" yerinə yetirə bilməyib. Yaddaş kitabçasında yağlı hərflərlə qeyd etdiyi şəxslərin heç birinə köməklik göstərməsi mümkün olmayıb.
Əmircan sakinlərinin söylədiklərinə görə, Namiq Orucov onların övladlarının hərbi xidmətdən saxlanması üçün müəyyən məbləğdə pul vəsaitləri alıb. Amma əldə etdiyimiz məlumatlara görə, məsələni ictimailləşdirdiyimiz gün, yəni bir neçə gün öncə, Namiq Orucov aldığı pulun 3000 manatını qaytararaq, yerdə qalan hissəsini isə 15 gündən sonra sahibinə qaytaracağını bildirib. Biz məsələnin aktuallığını nəzərə alaraq, araşdırmalarımızı davam etdirəcəyik. //gundelik-baku.com//