Mediaxeberleri.az
    
  • Leyla Əliyeva mühüm beynəlxalq tədbirdə çıxış etdi
    Leyla Əliyeva mühüm beynəlxalq tədbirdə çıxış etdi
  • 
  • Hikmət Babaoğlu: "Türkiyə və Azərbaycan liderləri qardaşlığın əsas simvollarıdır" - Foto
    Hikmət Babaoğlu: "Türkiyə və Azərbaycan liderləri qardaşlığın əsas simvollarıdır" - Foto
  • 
  • “Kəramət Böyükçölü yazıçı hesab etmək utancdır” – AÇIQLAMA
    “Kəramət Böyükçölü yazıçı hesab etmək utancdır” – AÇIQLAMA
  • 
  • Elşad Miri: ““Quran”da Adəmin ilk insan olmasına dair bir ayə belə yoxdur”
    Elşad Miri: ““Quran”da Adəmin ilk insan olmasına dair bir ayə belə yoxdur”
  • 
  • Xəzərdə kütləvi tələfat: Azərbaycana təhlükə gözlənilir?
    Xəzərdə kütləvi tələfat: Azərbaycana təhlükə gözlənilir?
  • 
  • Zeytun Festivalının açılışı olub - Foto
    Zeytun Festivalının açılışı olub - Foto
  • 
  • Şəkinin 100 illik muzeyində gizlənən tarix - Qədim əlyazmalar, qızıl əşyalar və...
    Şəkinin 100 illik muzeyində gizlənən tarix - Qədim əlyazmalar, qızıl əşyalar və...
  • 
  • Şəhid anası 21 ildir mənzil növbəsindədir: "Öz evimdə yaşamaq istəyirəm" - Video
    Şəhid anası 21 ildir mənzil növbəsindədir: "Öz evimdə yaşamaq istəyirəm" - Video
  • 
  • Aqroservisin sədri həbs edildi
    Aqroservisin sədri həbs edildi
  • 
  • Quba Olimpiya Kompleksinin direktoru və mühasibi HƏBS OLUNDU - TƏFƏRRÜAT
    Quba Olimpiya Kompleksinin direktoru və mühasibi HƏBS OLUNDU - TƏFƏRRÜAT
  • 
  • Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Video
    Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Video
  • 
  • Kiçik pomidorlarda böyük təhlükə!
    Kiçik pomidorlarda böyük təhlükə!
  • 
  • Türkiyə Fələstin prezidentinin yunanlarla qucaqlaşmasına niyə səssiz qalır?
    Türkiyə Fələstin prezidentinin yunanlarla qucaqlaşmasına niyə səssiz qalır?
  • 
  • "Büdcədən pul ayrılıb və o pul yeyilib" - ETİRAZ VAR!
    "Büdcədən pul ayrılıb və o pul yeyilib" - ETİRAZ VAR!
  • 
  • Azərbaycan öz addımlarını bu güclərin mövqeyi ilə uyğunlaşdırmaq məcburiyyətindədir...
    Azərbaycan öz addımlarını bu güclərin mövqeyi ilə uyğunlaşdırmaq məcburiyyətindədir...
  • 
  • "Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
    "Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
  • 
  • "44" filmi Azərbaycanın kino tarixinə rekordla düşdü - Foto
    "44" filmi Azərbaycanın kino tarixinə rekordla düşdü - Foto
  • 
  • Son 120 ilin ən uğurlu layihəsi Bakıda… - İnfantino
    Son 120 ilin ən uğurlu layihəsi Bakıda… - İnfantino
  • 
  • Bulvar dənizdən 30 kilometr aralı qala bilər - Foto
    Bulvar dənizdən 30 kilometr aralı qala bilər - Foto
  • 
  • VƏZİFƏLİ ŞƏXSLƏRİN GİZLİ BİZNESLƏRİ... – Yeni qanun nəyi dəyişəcək?
    VƏZİFƏLİ ŞƏXSLƏRİN GİZLİ BİZNESLƏRİ... – Yeni qanun nəyi dəyişəcək?
  • 
  • Masaj salonunun sahibəsindən 30 min tələb etdi: hökm oxundu
    Masaj salonunun sahibəsindən 30 min tələb etdi: hökm oxundu

Son xəbərlər :
  • Dövlət İmtahan Mərkəzinin yeni sədri: NÖVBƏTİ TƏYİNAT...
  • Misli Premyer Liqası: Bu gün "Zirə" "İmişli"nin, "Sabah" isə "Sumqayıt"ın qonağı olacaq
  • Avtomobil təkərini hansı hallarda təmir etmək lazımdır? - Mütəxəssisdən tövsiyələr
  • Bakıda dayandırılan tikinti yenidən aparılır - VİDEO
  • Göyçayda ağır qəza: ölən var
  • Kök şirəsi orqanizmə belə zərər verə bilər
  • Ağdamın işğaldan azad edilməsindən 6 il ötür
  • İcra başçısı Rəcəb Babaşov və millət vəkili Səməd Seyidov Qazaxda ötən gün avtoqəza zamanı dünyasını dəyişən şəxslərin hüzr mərasimində iştirak edərək ailələrinə başsağlığı veriblər
  • Ağstafada növbəti monitorinq - Sahibkarlarla görüş oldu - Fotolar
  • Qazaxda YAP-ın yaradılmasının 34-cü ildönümü qeyd olunub
  • 65 YAŞINA ÇATDILAR, AMMA PENSİYA HÜQUQU QAZANA BİLMƏDİLƏR... - 180 mindən çox insanın problemi + SƏBƏBİ
  • İrana qarşı əməliyyat qaçılmazdır - Netanyahu
  • Tiflisdə yaşayış binasında partlayış: Dörd nəfərin meyiti tapıldı
  • Dəniz qəhvəyi rəngə boyandı: Araşdırma başladı
  • Tbilisidə partlayış: dağıntılar altından bir uşaq sağ çıxarılıb - YENİLƏNİB
  • Putin Krım körpüsündən danışdı: Cavabımız daha ağır olacaq
  • Prezident İlham Əliyev Vyetnama rəsmi səfərə gedib
  • 28 yaşlı oğlanın kollektora düşərək ölməsində ittiham olunan şəxsə hökm oxundu - 3 il həbs...
  • Sabah güclü külək əsəcək - Xəbərdarlıq
  • Əmrullayev Abbaszadəni rektor kimi kollektivə təqdim etdi
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

Avropa İttifaqı ermənilərin "kökünü kəsir?" - Qərbdən Rusiyaya qarşı daha bir cəbhə

  • Tarix: 23-07-2024, 23:04

Avropa İttifaqı (Aİ) Şurası Ermənistanla viza rejiminin liberallaşdırılması ilə bağlı danışıqlara başlamaq barədə qərar qəbul edib. Bundan əvvəl isə Aİ Şurası Avropa Sülh Fondu çərçivəsində Ermənistan silahlı qüvvələrinə dəstək üçün 10 milyon avro məbləğində yardımı təsdiqləyib. Bu məsələləri qərb qonşumuz yüksək əhvali-ruhiyyə ilə təqdir edib.

Bəs Avropa ilə Ermənistan arasında 10 milyon avroluq hərbi yardımdan sonra viza liberallaşması üzrə dialoqun başlaması nədən xəbər verir? Avropa bununla həm də ucuz işçi qüvvəsi cəlb etmək niyyətindədir, yoxsa məsələnin pərdəarxasında başqa məqamlar da dayanır?

Oxu.Az-ın suallarını cavablandıran siyasi ekspert Zaur İbrahimli bildirib ki, Avropa İttifaqı, digər sahələrdə olduğu kimi, miqrasiya sayəsində də Rusiya ilə rəqabətə girməyə çalışır:

- Güman etmək olar ki, Rusiyada yaşayan, ancaq Ermənistan pasportu daşıyan ermənilər də bu imkanlardan istifadə edəcəklər. Aİ bu addımla, yəni daha cəzbedici təkliflər irəli sürməklə Rusiyanı üstələməyə çalışır və artıq bu istiqamətdə də biz qarşıdurmanın şahidi oluruq.

Tez-tez Moskva tərəfindən arqumentlər səslənir ki, Rusiyada yaşayan ermənilər Ermənistandakılardan çoxdur və Ermənistan əhalisinin böyük hissəsi Rusiyaya miqrasiya hesabına yaşayır. Aİ bu addımla həm də bu cür arqument və təhdidlərin təsirini zəiflətməyi hədəfləyib. Göstərməyə çalışır ki, Ermənistan cəmiyyəti Avropa İttifaqına yaxınlaşdıqca ermənilərin Avropada yaşamaq və işləmək imkanları daha da genişlənəcək. Biz, beləliklə, geosiyasi rəqabətin növbəti kontekstdə özünü büruzə verdiyini görürük.

Ancaq bu danışıqlar yaxın müddətdə vizasız rejimin tətbiq olunacağı anlamına gəlmir. Sadəcə olaraq, viza alınması prosedurları asanlaşdırılacaq. Xüsusən də təhsil, tibbi ehtiyacların qarşılanması, biznes kimi məsələlərdə vizaların alınması daha əlçatan olacaq. Yəqin ki, viza rüsumlarının azaldılması da nəzərdə tutulacaq. Çünki Avropa İttifaqı bununla Ermənistan cəmiyyətinə nüfuz etməyə çalışır və mesaj verir ki, təşkilat Ermənistanda sosial rifahın yaxşılaşdırılması, iqtisadi inkişafın təmin olunması üçün əlindən gələni edəcək. Bu isə ilk növbədə Aİ-nin Ermənistanda mövqelərini möhkəmləndirməsi baxımından uğurlu addım sayıla bilər.

- Bu, həm də miqrasiyaya qeyri-müsəlmanları cəlb etmək niyyətinin tərkib hissəsi ola bilərmi?

- Avropa İttifaqı, ümumiyyətlə, mühacir axınında maraqlıdır. Lakin daha çox məhz postsovet məkanı ölkələrindən və xüsusən də ixtisaslı işçi qüvvəsinin cəlb edilməsinə üstünlük verir. Bu baxımdan, Ermənistan bu ölkələrdən biri kimi nəzərdən keçirilə bilər. Həmçinin, Ermənistanla razılaşmalar elə formada əldə edilə bilər ki, bu, daha çox idarəolunan miqrasiya olsun və daha çox Aİ-nin tələbatını ödəsin. Lakin bunu elə təqdim edəcəklər ki, guya burada məhz Ermənistanın maraqları əsas götürülür.

- Ciddi demoqrafik böhranda olan Ermənistan üçün bu, daha dərin problemə yol aça bilərmi?

- Ermənistan hökumətində dəfələrlə fikirlər səslənib ki, əhalinin artımını təmin etmək üçün stimullaşdırıcı dövlət proqramına ehtiyac var. Hətta pandemiyadan əvvəl Ermənistan demoqrafları həyəcan təbili çalır və qeyd edirdilər ki, həm miqrasiya, həm də əhalinin artımındakı göstəricilərin azalması ölkədə demoqrafik böhran yaradıb. Proqnozlaşdırmaq olar ki, İkinci Qarabağ müharibəsindən sonra Ermənistanda ölkəni tərk edənlərin sayı daha da artıb. Həmçinin, müharibənin verdiyi itkiləri də nəzərə alsaq, vəziyyətin daha da kəskinləşdiyini qeyd edə bilərik. Avropaya miqrasiyanın asanlaşması isə bu problemləri daha da dərinləşdirəcək.

- Avropa İttifaqı ilə viza rejiminin ləğv edilməsi nəticəsində Gürcüstanı indiyədək yüzminlərlə insan tərk edib. Eyni vəziyyət Baltikyanı ölkələrdə də müşahidə edilir. Ermənistanı da eyni aqibət gözləyir?

- Bəli, məlumdur ki, məhz bu layihəyə görə Gürcüstanda, Baltikyanı ölkələrdə işçi qüvvəsinin, xüsusilə də mütəxəssislərin çatışmazlığı müşahidə olunur. Ermənistan da bu perspektivlə üzləşə bilər. Lakin Ermənistana münasibətdə bu, daha çox idarəolunan miqrasiya olacaq. Güman ki, elə şərtlər tətbiq ediləcək ki, əmək miqrasiyası ilə bağlı məsələlər nisbətən arxa planda qalsın. Ermənistan tərəfdən çalışacaqlar ki, ilk növbədə təhsil, səhiyyə və biznes sahəsində vizaların sadələşdirilməsinə nail olsunlar. Amma istənilən halda, demoqrafik çətinliklərlə üzləşən Ermənistan üçün bu, yeni problemlər yaradacaq. Çünki erməni cəmiyyəti, onsuz da, miqrasiyaya meyillidir və əlavə imkanlar yaranan kimi bundan istifadə etmək istəyənlərin sayı çox olacaq.

Aqil Vəlili


Oxunub: 2 527
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Bu gün, 09:09 | Dövlət İmtahan Mərkəzinin yeni sədri: NÖVBƏTİ TƏYİNAT...
    Bu gün, 09:04 | Misli Premyer Liqası: Bu gün "Zirə" "İmişli"nin, "Sabah" isə "Sumqayıt"ın qonağı olacaq
    Bu gün, 07:56 | Avtomobil təkərini hansı hallarda təmir etmək lazımdır? - Mütəxəssisdən tövsiyələr
    Bu gün, 07:31 | Bakıda dayandırılan tikinti yenidən aparılır - VİDEO
    Bu gün, 07:28 | Göyçayda ağır qəza: ölən var
    Bu gün, 07:27 | Kök şirəsi orqanizmə belə zərər verə bilər
    Bu gün, 07:00 | Ağdamın işğaldan azad edilməsindən 6 il ötür
    Dünən, 22:08 | İcra başçısı Rəcəb Babaşov və millət vəkili Səməd Seyidov Qazaxda ötən gün avtoqəza zamanı dünyasını dəyişən şəxslərin hüzr mərasimində iştirak edərək ailələrinə başsağlığı veriblər
    Dünən, 21:28 | Ağstafada növbəti monitorinq - Sahibkarlarla görüş oldu - Fotolar
    Dünən, 21:03 | Qazaxda YAP-ın yaradılmasının 34-cü ildönümü qeyd olunub
    Dünən, 20:38 | 65 YAŞINA ÇATDILAR, AMMA PENSİYA HÜQUQU QAZANA BİLMƏDİLƏR... - 180 mindən çox insanın problemi + SƏBƏBİ
    Dünən, 20:11 | İrana qarşı əməliyyat qaçılmazdır - Netanyahu
    Dünən, 20:10 | Tiflisdə yaşayış binasında partlayış: Dörd nəfərin meyiti tapıldı
    Dünən, 20:06 | Dəniz qəhvəyi rəngə boyandı: Araşdırma başladı
    Dünən, 17:54 | Tbilisidə partlayış: dağıntılar altından bir uşaq sağ çıxarılıb - YENİLƏNİB
    Dünən, 17:52 | Putin Krım körpüsündən danışdı: Cavabımız daha ağır olacaq
    Dünən, 17:29 | Prezident İlham Əliyev Vyetnama rəsmi səfərə gedib
    Dünən, 17:03 | 28 yaşlı oğlanın kollektora düşərək ölməsində ittiham olunan şəxsə hökm oxundu - 3 il həbs...
    Dünən, 17:02 | Sabah güclü külək əsəcək - Xəbərdarlıq
    Dünən, 17:00 | Əmrullayev Abbaszadəni rektor kimi kollektivə təqdim etdi
    Dünən, 16:20 | Məhkəmədən Rasim İldırımzadə ilə bağlı qərar...
    Dünən, 16:18 | Bakıda məşhur mebel mağazası bağlandı - Video
    Dünən, 14:30 | BDU-nun müəllimi rektorun qurbanı olub? – Xanımı danışdı
    Dünən, 14:28 | Hərbçilərin pensiyası necə hesablanacaq? – YENİ QAYDA
    Dünən, 13:52 | Pensiyaların tam ödəniləcəyi tarix açıqlandı
    Dünən, 13:50 | Dəhşətli qəzada ölənlər tanınmış şəxsin oğlu və nəvələri imiş - Foto
    Dünən, 13:31 | Gəncə Dövlət Universitetində "Mənəvi dəyərlər" günü keçirilib - Foto
    Dünən, 13:08 | Qazaxda 4 nəfərin ölümü ilə nəticələnən qəza ilə bağlı açıqlama
    Dünən, 12:37 | Bu qızıl yataqları Azərbaycan hökumətinə qaytarılır
    Dünən, 12:35 | 9 Milyonluq Soyğun, Şər-Böhtan və Həbs: "Shaurma-№1" Sahibi Aqil Babayev İşinin Pərdəarxası
    Dünən, 10:43 | DİM-dən BDU-ya: 31 il imtahan sisteminin rəhbəri olan Məleykə Abbaszadənin dosyesi
    Dünən, 10:10 | Məleykə Abbaszadə DİM-dən getdi, rektor təyin olundu - Sərəncam
    Dünən, 10:05 | İlham Əliyev Elçin Babayevi vəzifəsindən azad etdi
    Dünən, 09:12 | Xankəndidə tarixi futbol günü: Yenilənmiş stadionda ilk oyun
    Dünən, 09:02 | "Başımdakı tük qədər mənimlə ailə qurmaq istəyən insan var" - Mətanət Əsədova
    Dünən, 08:27 | Gürcüstanda keçmiş arvadını öldürtmək üçün killer tutan azərbaycanlı siyasətçi həbs edildi
    Dünən, 08:24 | Rəsmi Bakıdan Fransaya çağırış: Daxili işlərimizə müdaxilədən çəkinin!
    Dünən, 08:14 | Ermənistanda hərbi qulluqçunun meyiti tapıldı
    Dünən, 08:11 | Qapıları bağlı, divarları tozlu: Respublika Perinatal Mərkəzinin aqibəti necə olacaq? - Video
    Dünən, 08:08 | Vətən həsrəti sona çatır: Cəbrayıl və Zəngilan rayonlarına 35 ailə köçürülür
    Dünən, 07:54 | İslam xristianlığı geridə qoyacaq? - ABŞ-dən diqqətçəkən proqnoz + Foto
    Dünən, 07:40 | Həqiqətən faydalıdır?
    Dünən, 07:37 | Kosmosda tarixi hadisə
    Dünən, 07:33 | Bəndər-Abbasda ardıcıl partlayışlar baş verdi
    Dünən, 07:32 | Tramp-Putin-Szinpin görüşü: Yalta-2 olacaqmı?
    Dünən, 07:31 | Bir stəkan kola içdikdə nələr baş verir? - Dəhşətli faktlar
    Dünən, 01:02 | 7603 ÖLÜM, MİNLƏRLƏ YARALI... – Azərbaycan yollarında nə baş verir? + DƏHŞƏTLİ STATİSTİKA
    Dünən, 00:40 | Agstafada yol-nəqliyyat hadisəsi baş verib - VİDEO
    18-11-2026, 22:21 | Qazaxda ağır qəzada ölənlərin sayı artdı: Həlak olan ata və azyaşlı qızının fotosu
    18-11-2026, 20:46 | Qazaxda V İdman Festivalı keçiriləcək
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.