Türkiyədə erkən qış: Sivas ağ örpəyə büründü
Türkiyənin Sivas bölgəsinə dolu düşüb. İntensiv yağıntı nəticəsində Altınyayla və Şarkışla rayonu əraziləri qısa zaman ərzində ağ örpəyə bürünüb. Dolu əridikdən sonra ətraf əraziləri su basıb. Xüsusən, bağ və əkin sahələrinin sahiblərinə maddi zərər dəydiyi bildirilib. Təbiət hadisəsinin görüntüləri yerli sakinlər tərəfindən çəkilərək yayılıb.
 
 
 
Oxunub: 455
 
  
  	Xəbəri paylaş
	
			
		 
Paylaş: 
 
   
 
   
   
 






















