Hava limanına dəmir yolu çəkiləcək
Hazırda Vahid Nəqliyyat Strategiyası hazırlanır. Bu strategiyaya əsasən, gələcəkdə Hövsan yolunun da bərpası planlaşdırılır. Mediaxeberleri.Az APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycan Dəmir Yolları QSC-nin (ADY) Sərnişin daşımaları departamentinin rəisi Azər Fərəcov deyib. O bildirib ki, eyni zamanda Binə qəsəbəsinə və Hava Limanına dəmir yolunun çəkilməsi sözügedən strategiyada qeyd olunub: “Bu işlər də mərhələli qaydada görüləcək”.
Oxunub: 142
Xəbəri paylaş
Paylaş: