TƏBİB-dən 2 məktəblinin faciəvi ölümü ilə bağlı AÇIQLAMA - YENİLƏNDİ
TƏBİB İmişli şəhərində iki yeniyetmənin ölümü ilə bağlı açıqlama verib. Mediaxeberleri.Az Report-a istinadla xəbər, bu gün saat 15:10 radələrində elektrik cərəyanı vurması səbəbilə İmişli Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə çağırış daxil olub. Hadisə yerinə dərhal təcili tibbi yardım briqadası göndərilib. 2010 və 2014-cü il təvəllüdlü 2 nəfərin (kişi cinsli) hadisə yerində ölüm faktı qeydə alınıb. Qeyd edək ki, İsbərov Amid Seyran oğlunu və Məmmədov Farid Vahid oğlunu elektrik cərəyanı vuraraq öldürüb. xxx 16:44 İmişli şəhərində iki nəfəri elektrik cərəyanı vuraraq öldürüb. Mediaxeberleri.Az Report-a istinadən xəbər verir ki, hadisə 5 saylı orta məktəbin həyətində qeydə alınıb. Onlardan biri 6-cı sinif şagirdi, digəri isə başqa rayondan gələn onlara gələn qonaqdır. Hazırda onların şəxsiyyəti dəqiqləşdirilir. Faktla bağlı araşdırma aparılır.