Sabiq dünya çempionu öldü
IBF üzrə ağır çəkidə keçmiş dünya çempionu Riki Parki 67 yaşında vəfat edib. Mediaxeberleri.Az xəbər verir ki, bu barədə məşqçi Aaron Snouell öz “Facebook” səhifəsində məlumat verib. Amerikalı Riki Parki ağciyər xərçəngindən əziyyət çəkirdi. Ölümə səbəb olan da budur. Parki 1981-1994-cü illərdə boksla məşğul olub. O, 42 döyüş keçirib, 22 qələbə qazanıb (16-sı nokautla), 20 döyüşdə də məğlub olub. Riki 1986-cı ilin oktyabrından 1987-ci ilin mayına qədər dünya çempionu olub.
Oxunub: 777
Xəbəri paylaş
Paylaş: