Ata və 6 yaşlı qızı Kür çayında batdı
Zərdab sakinləri olan ata və qızı Kür çayında batıb. Medıaxeberlerı.Az Report-a istinadən xəbər verir ki, hadisə Kür çayının Ağcabədi rayonunun Nəcəfqulubəyli kəndindən keçən hissəsində qeydə alınıb. Zərdabın Qoruqbağı kənd sakini, 2018-ci il təvəllüdlü S.S. və atası Vaqif Süleymanlı çayın kənarında yerləşən su motorunun ərazisində istirahət edirlərmiş. Bu zaman 6 yaşlı S.S suya yıxılıb. Atası qızı xilas etmək üçün onun ardınca suya tullansa da, o da batıb. Hazırda onların axtarışları davam edir.
Oxunub: 413
Xəbəri paylaş
Paylaş: