Mediaxeberleri.az
    
  • Dövlət Xidmətinin zabiti Asim Babayev dələduzluq ittihamı ilə həbs edilib
    Dövlət Xidmətinin zabiti Asim Babayev dələduzluq ittihamı ilə həbs edilib
  • 
  • Həmidə Ömərova narazılıq etdi: “Nəinki mənə, heç mənim adımdan danışmaq istəyənlərə də söz verilmədi”
    Həmidə Ömərova narazılıq etdi: “Nəinki mənə, heç mənim adımdan danışmaq istəyənlərə də söz verilmədi”
  • 
  • “HƏM ƏMLAK, HƏM DƏ MALİYYƏ AMNİSTİYASI VERİLMƏLİDİR...” – “Qiymət artımı qaçılmaz olacaq"
    “HƏM ƏMLAK, HƏM DƏ MALİYYƏ AMNİSTİYASI VERİLMƏLİDİR...” – “Qiymət artımı qaçılmaz olacaq"
  • 
  • UKRAYNADA SÜLH ÜMİDLƏRİ YENƏ PUÇA ÇIXIR - Zelenskinin Moldovada üzləşdiyi hadisə təsadüfdürmü?
    UKRAYNADA SÜLH ÜMİDLƏRİ YENƏ PUÇA ÇIXIR - Zelenskinin Moldovada üzləşdiyi hadisə təsadüfdürmü?
  • 
  • Hacı İsmayılov Şarovskinin ölümündən danışdı
    Hacı İsmayılov Şarovskinin ölümündən danışdı
  • 
  • Qazaxda şair Kazım Kazımlının “İydələr çiçək açanda” şeirlər kitabının təqdimat mərasimi keçirilib
    Qazaxda şair Kazım Kazımlının “İydələr çiçək açanda” şeirlər kitabının təqdimat mərasimi keçirilib
  • 
  • Ramiz Mehdiyev işində sensasion adlar - Sərdar Cəlaloğlu, Eldar Namazov...
    Ramiz Mehdiyev işində sensasion adlar - Sərdar Cəlaloğlu, Eldar Namazov...
  • 
  • 300 min mənimsəyən falçıya hökm oxundu
    300 min mənimsəyən falçıya hökm oxundu
  • 
  • Məscidə dua etməyə gedən aktyor cərimələndi - Foto
    Məscidə dua etməyə gedən aktyor cərimələndi - Foto
  • 
  • İlahiyyatçı: “Haram və günah barədə suallara süni intellektdə cavab axtarmaq dini yöndən qadağandır”
    İlahiyyatçı: “Haram və günah barədə suallara süni intellektdə cavab axtarmaq dini yöndən qadağandır”
  • 
  • Ağstafada arvadını boğdu, öldüyünü düşünüb - Polisə təslim oldu
    Ağstafada arvadını boğdu, öldüyünü düşünüb - Polisə təslim oldu
  • 
  • Uzun illər sonra efirə qayıdır
    Uzun illər sonra efirə qayıdır
  • 
  • I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı çərçivəsində "Turkic Union of Composers" təsis edilib
    I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı çərçivəsində "Turkic Union of Composers" təsis edilib
  • 
  • Gəncədə 16 yaşlı yeniyetməni bıçaqlayan şəxs saxlanıldı
    Gəncədə 16 yaşlı yeniyetməni bıçaqlayan şəxs saxlanıldı
  • 
  • MİT zabitinin şübhəli ölümü: Məşhur bloqerin polkovnik atası barədə saxlanılma qərarı verildi
    MİT zabitinin şübhəli ölümü: Məşhur bloqerin polkovnik atası barədə saxlanılma qərarı verildi
  • 
  • Dövlətçilik tariximizin şanlı salnaməsi
    Dövlətçilik tariximizin şanlı salnaməsi
  • 
  • İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış oldu - Foto/Yeniləndi
    İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış oldu - Foto/Yeniləndi
  • 
  • Aşıq İsgəndər Ağbabalının 100, Aşıq Faxfur Ağbabalının 70 illik yubileylərinə həsr olunmuş tədbir keçirilib - (Foto)
    Aşıq İsgəndər Ağbabalının 100, Aşıq Faxfur Ağbabalının 70 illik yubileylərinə həsr olunmuş tədbir keçirilib - (Foto)
  • 
  • Azərbaycanın yeni tarixi: Suverenlikdən qayıdışa, qayıdışdan dirçəlişə
    Azərbaycanın yeni tarixi: Suverenlikdən qayıdışa, qayıdışdan dirçəlişə
  • 
  • Ceyran Rəhimova yenidən efirə çıxır - FOTO
    Ceyran Rəhimova yenidən efirə çıxır - FOTO
  • 
  • MAAŞIMIZIN 2 FAİZİ BURA GEDƏCƏK - Gələn ildən tətbiq olunacaq + RƏY
    MAAŞIMIZIN 2 FAİZİ BURA GEDƏCƏK - Gələn ildən tətbiq olunacaq + RƏY

Son xəbərlər :
  • Rusiyadan xəbərdarlıq: Moskva misli görünməmiş bombardmana hazırlaşır
  • Etibarnamə ilə maşın sürənlərin nəzərinə: Artıq köhnəlmiş mexanizm...
  • Dövlət xidmətinin 100-dən çox əməkdaşının işinə prokurorluq baxacaq
  • Böyük futbol axşamı: Fransa Belçikaya, İtaliya Türkiyəyə qarşı
  • Badamdarda böyük tikinti cinayəti: Vüqar Zeynalov və Anar Quliyev necə sərəncam verib?
  • Ağstafada kafedə qardaşlar dava saldılar: Qan töküldü
  • Toyda baş verən mübahisə ölümlə nəticələndi
  • Üç ölkə Ay uğrunda mübarizəyə başlayır
  • Portuqaliya 1/4 finala vəsiqə qazandı
  • "Azərbaycanla Türkiyə münasibətləri tarixin özünə bir örnəkdir" - R.Becanovun yazısı
  • Əhməd Yusifov dünya çempionu oldu - VİDEO
  • Azərbaycan millisi Litvanı məğlub etdi, liderliyə yüksəldi- Video
  • Müasir İran siyasətində “Şahnamə” kodları - ANALİZ
  • Ukraynaya hücumlar daha da gücləndiriləcək - MN
  • Azərbaycanda hava kəskin dəyişdi: Dağlara qar, rayonlara leysan yağdı - Foto/Video
  • Rusiyada 100 min ayı məhv ediləcək – Qərar
  • Diktə dövrü başa çatıb, Hörmüz açılmayacaq - Qalibaf
  • Prezidentin çıxışı ilə bağlı videoçarx paylaşıldı
  • Bakıda yaşayış evi uçdu: ölən və yaralanan var
  • Şəfəq qəsəbəsində binada partlayış olub, bir nəfər yaralanıb - VİDEO
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

Həkimlər Yer üzünün qanadsız mələkləridir

  • Tarix: 11-04-2024, 11:10


Məşhur rus yazıçısı, həkim A.P.Çexov həkimlik sənəti haqqında demişdir: "Həkimlik sənəti qəhrəmanlıqdır, hünər deməkdir. Bu peşə adamdan fədakarlıq, pak niyyət tələb edir. Hər kəs buna qadir ola bilməz. Bunun üçün həkimin fikri aydın, qəlbi təmiz olmalıdır". 
A.P.Çexovun  həkimlər haqqında  düşündüyü bu dəyərli fikirləri eynilə  doktor Nadir Əhmədli haqqında  demək olar.
O, sənətinə vicdanla yanaşan, diqqətcil,  qayğıkeş, daim  elmi  axtarışlarda  olan tələbkar həkimlərimizdən biridir.
Əhmədli Nadir Şofiq oğlu 8 sentyabr  1958-ci ildə Bakı şəhərində həkim ailəsində dünyaya göz açmışdır. 
Atası Şofiq Əhmədov tanınmış ortoped-travmatoloq cərrah  idi.
 Doktor  Şofiq  Əhmədov  uzun illər  Azərbaycan  Respublikası Səhiyyə Nazirliyinin baş travmatoloqu  olmuşdur. 
Həmçinin anası Tamara xanım ixtisasca uşaq həkimi idi.
Nadir Əhmədli 1965-1975-ci illərdə Nəsimi rayonu Mehdi Hüseynzadə adına 19 saylı orta məktəbdə təhsil almışdır. 
Orta məktəb təhsilini əla qiymətlərlə bitirib Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə profilaktika fakültəsinə qəbul olunmuşdur. 
1982-ci ildə institutu müvəffəqiyyətlə bitirdikdən sonra 
1982-1983-cü illərdə Sumqayıt Şəhər  Təcili Yardım  Stansiyasında  çalışmışdır. 
1984-cü ildən 1987-ci ilədək  Sumqayıt Şəhər Dəri- Zöhrəvi Dispanserinin uşaq şöbəsində  fəaliyyət göstərmişdir. 
Nadir Əhmədli 1987-1989-cu illərdə Azərbaycan Dövlət Tibb İnstitutunun  dermatologiya və venerologiya  kafedrasında kliniki ordinaturanı  müvəffəqiyyətlə bitirmişdir.
O, 1989-cu ildən 2021-cı ilədək 1 saylı Bakı Şəhər Dəri-Zöhrəvi Dispanserində dermatoveneroloq kimi fəaliyyət göstərmişdir. 
2000-2002-ci illərdə parallel olaraq 3 saylı Uşaq Dəri-Zöhrəvi Dispanserinə konsultant həkim-dermatoveneroloq dəvət edilmişdir. 

Doktor Nadir Əhmədli 1990-1992-ci illərdə Moskva Mərkəzi Elmi-Tədqiqat Dəri-Zöhrəvi İnstitutunun dermatologiya şöbəsində çalışıb. 
Həmin dövrdə sızanaq xəstəliyi ilə bağlı uğurlu fəaliyyəti olmuş  və
SSRİ-nin ən tanınmış professor -   dermatoloqları ilə birlikdə çiyin-çiyinə çalışaraq tibb elminin  dermatologiya sahəsində müvəffəqiyyətlər  əldə etmişdir.
 Hal- hazırda  Moskva dermatoveneroloqlar cəmiyyətinin üzvüdür.
 O, həmcinin Moskvada çalışdığı dövrdə  Dəri-Zöhrəvi Elmi- Tədqiqat  İnstitutunda konsultasiya şöbəsinin müdiri məşhur dermatoloq S.M. Fyodorovu qısa bir zamanda  müvəqqəti olaraq  əvəz etmişdir və  həmin institutun qayda-qanununa uyğun olaraq SSRİ-nin müxtəlif  şəhərlərindən,  həmcinin Moskva şəhərindən elmi dərəcəsindən asılı olmayaraq, hər hansı bir həkim tərəfindən konsultasiya məqsədilə göndərilən pasientlərin diaqnozunu təsdiqləyən ilk azərbaycanlı həkim-dermatoloq idi. 

Nadir Əhmədli Moskvada bir müddət çalışdıqdan sonra vətənə geri dönür. Yurddaşlarının şəfa tapması üçün bilik və bacarığını onlardan əsirgəmir.
2017-ci ildə doktor Nadir Əhmədli Odessa və Moskvada keçirilən Avropanın ən görkəmli dermatokosmetoloqları, o cümlədən məşhur italyan professoru A.Çekarelli, digər İspaniya və Ukrayna dermatokosmetoloqları ilə birgə  seçilmiş  7 spikerdən biri olaraq , dermatokosmetologiya üzrə Beynəlxalq seminara spiker kimi dəvət almışdır. 
O, həmçinin 2018-ci ildə bir müddət təcrübə mübadiləsi məqsədilə İstanbul Qazi Osmanpaşa Xəstəxanasında çalışmışdır.
Pandemiyadan əvvəl  Ukraynanın Lvov şəhərinə baş məsləhətçi-dermatoloq kimi dəvət edilmişdir.
Hazırda ölkədəki vəziyyətlə əlaqədar olaraq  Ukraynada fəaliyyət göstərməkdən imtina etmişdir.
________________//________________
Doktor  Nadir Əhmədli müxtəlif dəri xəstəlikləri haqqında elmi məqalələrin, metodiki göstərişlərin, dərs vəsaitlərinin  müəllifidir.
O, tibb elminin əsaslarını  həm  təcrübə yolu ilə,  həm də nəzəri  cəhətdən  mükəmməl bildiyindən bir çox xəstəliklərin - vitiliqo,  alopesiyalar, psoriaz, ekzema, gənclik sızanaqları, rozasea xəstəliyi, neyrodermit, irsi dəri xəstəlikləri, göbələk mənşəli dəri xəstəlikləri, uşaq dəri xəstəlikləri və digər dəri xəstəliklərini yüksək səviyyədə müalicə edir.
Doktor Nadir Əhmədli hal-hazırda Mediplanet klinikasında çalışır. 
Nadir doktora nəinki  Azərbaycandan,   həmçinin dünyanın bir çox ölkələrindən müalicə məqsədi ilə  pasientlər    müraciət edirlər. 
 Onun istedadı və bacarığı  sayəsində  İspaniyadan, İtaliyadan, Almaniyadan, Fransadan, Türkiyədən, Ukraynadan, Çindən, Kanadadan,  ABŞ- nın    Nyu York şəhərindən   gələn xəstələr  sağlam həyat tərzinə  qovuşmuşlar.
 Bunu  həmçinin   həkimin Instagram səhifəsində  xarici pasientlərin Mediplanet klinikasında olduqları zaman verdikləri müsahibələr də təsdiq edir.

Dermatoloq  Nadir Əhmədlinin uzun zaman üzərində çalışdığı, dəri xəstəlikləri əleyhinə hazırladığı  məlhəmlər, kremlər, saç tökülməsinə qarşı hazırladığı losyon və şampunlar, həmçinin digər  kapsullar -  «NAD» seriyası preparatları  İsveçrənin Cenevrə şəhərində Beynəlxalq Madrid Sistemi ilə qeydiyyatdan keçərək, «R» brend ticarət nişanına layiq görülmüşdür. 2023- cü ilin dekabrında  bu preparatlar   dünyanın 130 ölkəsində,  o cümlədən   ABŞ, Kanada, İsrail və bir çox Avropa ölkələrində realizə olunmaq hüququ qazanmışdır.
Nadir Əhmədlinin həyat  yoldaşı Nərminə xanım Əhmədova ixtisasca həkimdir.
 Oğlu 
Orxan Əhmədov Azərbaycan İqtisad Universitetində  təhsil alıb.
Qızı 
Gülmin xanım  Əhmədova Azərbaycan Tibb Universitetini bitirmişdir.  İstanbul Qazi Osmanpaşa Universitetinin oftalmalogiya şöbəsində ixtisaslaşmışdır.  Doktor  Gülmin  xanım uzun müddət Almaniyada çalışmışdır və həmçinin Hindistanda sərbəst şəkildə pasientlər üzərində uğurlu cərrahi əməliyyatlar aparmışdır.
 O, 2023-cü ilin  iyun ayında Roma şəhərində keçirilən Dünya Qlaukoma 10-cu Yubiley Konfransında  Azərbaycanı təmsil edib.
 İnglis və alman dilində sərbəst danışır.  
Gülmin Əhmədova hazırda Zərifə Əliyeva adına Milli Oftalmologiya  Mərkəzinin cərrah-oftalmoloqudur. 
Qardaşı -  Natiq Əhmədov  uzun illər  akademik M.Ə. Mirqasımov adına Respublika Kliniki Xəstəxanasında həkim-travmatoloq kimi fəaliyyət göstərib.
Həmçinin travmatologiya şöbəsinə rəhbərlik etmişdir. 
Bacısı - Afət xanım Abdullayeva  M.Ə.Mirqasımov adına Respublika Kliniki Xəstəxanasında Ultrason  diaqnostika (USM) həkimidir.
1999- cu ildə  ABŞ-nın  Hyüston şəhərinin  Tibb Hospitalında  2 ay  təcrübə mübadiləsində  iştirak etmişdir. 
Dermatoveneroloq  Nadir Əhmədli hal-hazırda Mediplanet klinikasında çalışır.  
Nadir doktor mehribanlığı, səmimiyyəti, dürüstlüyü və digər gözəl cəhətləri  ilə  insanların ruhuna nüfuz edə bilən həkimlərdəndir. 
Onun iç dünyası ilə həkimlik sənəti bir-birini sıx  tamamlayır. 
Xəstələri sağlamlığına qovuşduran, onlara sevinc  bəxş  edən  bu   nəcib, xeyirxah  həkimə sənətində  uğurlar, yeni- yeni elmi  nailiyyətlər arzu edirik.

Qeyd:
Nadir Əhmədli  Azərbaycan SSR- nin  əməkdar müəllimi Bilal Əhmədovun nəvəsidir. 
B.Əhmədov Qazax rayonunun İkinci Şıxlı kəndində yaşamışdır (1888- 1963).






r


Oxunub: 1 692
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Bu gün, 15:40 | Rusiyadan xəbərdarlıq: Moskva misli görünməmiş bombardmana hazırlaşır
    Bu gün, 15:37 | Etibarnamə ilə maşın sürənlərin nəzərinə: Artıq köhnəlmiş mexanizm...
    Bu gün, 15:30 | Dövlət xidmətinin 100-dən çox əməkdaşının işinə prokurorluq baxacaq
    Bu gün, 14:12 | Böyük futbol axşamı: Fransa Belçikaya, İtaliya Türkiyəyə qarşı
    Bu gün, 10:25 | Badamdarda böyük tikinti cinayəti: Vüqar Zeynalov və Anar Quliyev necə sərəncam verib?
    Bu gün, 09:31 | Ağstafada kafedə qardaşlar dava saldılar: Qan töküldü
    Bu gün, 07:20 | Toyda baş verən mübahisə ölümlə nəticələndi
    Bu gün, 07:19 | Üç ölkə Ay uğrunda mübarizəyə başlayır
    Bu gün, 07:18 | Portuqaliya 1/4 finala vəsiqə qazandı
    Dünən, 19:15 | "Azərbaycanla Türkiyə münasibətləri tarixin özünə bir örnəkdir" - R.Becanovun yazısı
    Dünən, 19:08 | Əhməd Yusifov dünya çempionu oldu - VİDEO
    Dünən, 18:57 | Azərbaycan millisi Litvanı məğlub etdi, liderliyə yüksəldi- Video
    Dünən, 18:35 | Müasir İran siyasətində “Şahnamə” kodları - ANALİZ
    Dünən, 14:17 | Ukraynaya hücumlar daha da gücləndiriləcək - MN
    Dünən, 13:20 | Azərbaycanda hava kəskin dəyişdi: Dağlara qar, rayonlara leysan yağdı - Foto/Video
    Dünən, 13:10 | Rusiyada 100 min ayı məhv ediləcək – Qərar
    Dünən, 12:19 | Diktə dövrü başa çatıb, Hörmüz açılmayacaq - Qalibaf
    Dünən, 12:17 | Prezidentin çıxışı ilə bağlı videoçarx paylaşıldı
    Dünən, 12:15 | Bakıda yaşayış evi uçdu: ölən və yaralanan var
    Dünən, 11:20 | Şəfəq qəsəbəsində binada partlayış olub, bir nəfər yaralanıb - VİDEO
    Dünən, 10:20 | Cəbrayıl şəhərinin işğaldan azad edilməsindən 6 il ötür
    Dünən, 10:18 | Gəncəyə ilk raket hücumundan altı il ötür
    Dünən, 10:16 | Ukraynaya kütləvi hücum: Rusiyada hazırlıq başladı
    Dünən, 08:19 | Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO
    Dünən, 08:17 | Tovuzda qadının ölümü ilə bağlı qonşular danışdılar: "Təpədən dırnağa yanmışdı" - VİDEO
    Dünən, 08:15 | "Fənər"in baş məşqçisi "Turan"la oyunu şərh etdi
    Dünən, 08:13 | Konsulluğumuz önündə aksiya: Ankaranın da rolu varmı?
    Dünən, 08:12 | Bu uşaqlara qəhvə qəti qadağan edilməlidir!
    3-10-2026, 22:38 | Ukraynada döyüşən daha bir azərbaycanlı öldü - Foto
    3-10-2026, 22:24 | Rusiyaya zərbələri ikiqat artıracağıq - Zelenski
    3-10-2026, 22:21 | Bakıda market və avtomobildən oğurluq edənlər saxlanıldı
    3-10-2026, 22:15 | "Turan Tovuz" "Fənərbağça"ya məğlub oldu
    3-10-2026, 22:13 | Fitso Serbiyaya buna görə səfərini ləğv etdi
    3-10-2026, 22:12 | İstanbulda cinayətkar dəstənin 7 üzvü saxlanıldı
    3-10-2026, 22:06 | Sovet pullarını yoxlayın: Bu əsginas 2900 manata satıldı
    3-10-2026, 22:02 | ABŞ icazə verdi: Bu ölkədən İrana uçuşlar olacaq
    3-10-2026, 21:48 | "Turan Tovuz" - "Fənərbağça"ya qarşı: ikinci qol - Canlı
    3-10-2026, 17:53 | Qazaxda Azərbaycan Respublikası Motokros Çempionatının III Mərhələsi keçirilib
    3-10-2026, 17:32 | “Ağstafa Gəncləri” səfərdə “Kür-Araz”a qalib gəldi
    3-10-2026, 12:36 | Azərbaycandan Rusiyaya aparılan pomidorlar məhv ediləcək
    3-10-2026, 12:34 | Türkiyədə mədən qəzası: ölənlərin sayı 5-ə qalxdı
    3-10-2026, 12:33 | Azərbaycanın güclü dövlətə çevrilməsinin istinad nöqtəsi...
    3-10-2026, 12:30 | 1683-cü gün: Rusiyanın itkiləri yeniləndi
    3-10-2026, 12:29 | Əliyev ad çəkmədi, amma mesaj verdi: Qat-qat baha almışıq!
    3-10-2026, 12:27 | İlham Əliyev İraq prezidentini təbrik etdi
    3-10-2026, 12:25 | Millətlər Liqası: Bu gün daha 8 vacib oyun var
    3-10-2026, 11:07 | Fərhad Gündoğdu həbs edildi
    3-10-2026, 11:05 | Prezidentdən Ladislau-Marius Vizerlə bağlı sərəncam
    3-10-2026, 11:03 | Azərbaycana 10 sm qar yağdı - Video
    3-10-2026, 11:02 | Bakıda ərzaq satışı köşkündə yanğın: ölən var
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.