Bakıda kartlardan 4188 manat oğurluq edən qadın saxlanıldı
Bakıda vətəndaşların bank kartlarından ümumilikdə 4188 manat oğurluq edən qadın saxlanılıb. Mediaxeberleri.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Qeyd edilib ki, aprelin 6-da paytaxt sakini olan qadının bank kartından 335 manatının oğurlanması barədə Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən A.Hüseynova qısa müddətdə müəyyən olunaraq saxlanılıb. Onun daha bir nəfərin bank kartından 3853 manat vəsait oğurlaması da məlum olub. Hazırda araşdırma aparılır.
Oxunub: 365
Xəbəri paylaş
Paylaş: