"Onların aldığı təqaüdlərin miqdarı aşağı səviyyədə idi" - Etibar Məmmədov
“Türkiyə müxalifəti vaxtından əvvəl parlament seçkilərinin keçirilməsinə çətin nail ola bilər. Çünki son qərarı parlament verir və parlament çoxluğu hazırda hakim AKP-nin əlindədir. Prezident seçkilərinin isə vaxtından əvvəl keçirilməsinin heç bir qanuni və məntiqi əsası yoxdur”.
Mediaxeberleri.Az xəbər verir ki, bu fikirləri Moderator.az-a açıqlamasında “CHP başda olmaqla, Türkiyə müxalifəti vaxtından əvvəl prezident və parlament seçkilərinin keçirilməsinə nail ola bilərmi?” sualını cavablandırarkən Azərbaycan Milli İstiqlal Partiyasının fəxri lideri, istiqlalçı deputat Etibar Məmmədov ifadə edib.
“Türkiyədə növbədənkənar prezident seçkiləri o zaman baş tutardı ki, parlament seçkiləri keçirilə, müxalifət çoxluq əldə edə və prezidentin işləməsi çətinləşərdi. İndiki durumda isə belə bir perspektiv görünmür. Bununla belə, Türkiyənin iri şəhərlərinin cümhuriyyətçilərin idarəçiliyinə keçməsinin özü hakim partiyaya böyük zərbədir...
Və ümumi nəticə ondan ibarət oldu ki, əməklilər, yəni pensiyaçılar Ərdoğanın bələdiyyə seçkilərində məğlubiyyətinə səbəb oldular. Onların aldığı təqaüdlərin miqdarı aşağı səviyyədə idi. Əməklilər də seçkilərdə səs verənlərin böyük bir hissəsini təşkil edirdi”, - davamında istiqlalçı deputat nəzərə çatdırıb.