Sabahdan Ramazan tətili başlayır
Sabahdan Ramazan tətili başlayır. Mediaxeberleri.Az xəbər verir ki, Ramazan bayramı 10-11 aprel tarixində qeyd ediləcək. Baş nazir Əli Əsədovun qərarı ilə Ramazan bayramında ardıcıl 5 qeyri-iş günü olacaq. Belə ki, qərara əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə aprelin 12-si həftənin cümə gününə təsadüf etdiyindən aprelin 6-sı şənbə günü ilə yerləri dəyişdirilib. Aprelin 12-si qeyri-iş günü, aprelin 6-sı isə rəsmi iş günü elan edilib. Bu da o deməkdir ki, ardıcıl 5 gün - aprelin 10,11,12,13 və 14-ü iş olmayacaq.
Oxunub: 361
Xəbəri paylaş
Paylaş: