Gürcüstanda ağır qəza: 10 turist xəsarət aldı
Gürcüstanın İmereti bölgəsinin Xoni rayonu ərazisində xarici turistləri daşıyan mikroavtobus qəzaya uğrayıb. Mediaxeberleri.Az xəbər verir ki, nəticədə 10 turist xəsarət alıb. Yaralılar müxtəlif xəstəxanalara yerləşdiriliblər. Onların hamısı Litva vətəndaşlarıdır. Gürcüstan Daxili İşlər Nazirliyi faktla bağlı araşdırma başlayıb.
 
 
Oxunub: 578
 
  
  	Xəbəri paylaş
	
			
		 
Paylaş: 
 
   
 
   
   
 





















