Tovuzda kənd sakinini əqrəb sancıb
Tovuzda kənd sakinini əqrəb sancıb. Mediaxeberleri.Az xəbər verir ki, hadisə rayonun Qəribli kəndində baş verib. Kənd sakini 24 yaşlı Aygün Hacıyeva yaşadığı evdə yorğan-döşəklərini sahmana salarkən onu ayaq nahiyəsindən əqrəb sancıb. Yaralı dərhal ailə üzvilərinin köməyi ilə Tovuz Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Həkimlər tərəfindən ona ilkin tibbi yardım göstərilib. Hazırda xəstənin vəziyyəti stabildir.
Oxunub: 565
Xəbəri paylaş
Paylaş: