Həkimlərdən ŞOK QƏRAR: depressiyaya düşən qadın EVTANAZİYA OLUNACAQ
Hollandiyada həkimlər depressiyadan əziyyət çəkən 28 yaşlı qadının evtanaziya (sağalmaz xəstəlikdən əziyyət çəkən insanı və ya heyvanı həyatdan məhrum etmə) olunması ilə bağlı qərar veriblər. Mediaxeberleri.Az xəbər verir ki, bu barədə "Fox News" məlumat yayıb . Telekanalın məlumatına görə, Zorayi ter Beek sevgilisi və iki pişiyi ilə Almaniya ilə sərhədə yaxın kiçik bir kənddə yaşayır. Ona depressiya, autizm və sərhəd şəxsiyyət pozğunluğu diaqnozu qoyulub. "Biz daha heç nə edə bilmərik, o, heç vaxt yaxşılaşmayacaq", - qadını illərdir müşahidə edən psixiatr deyib. Xəstə qorxduğunu etiraf edib, amma yenə də evtanaziya qərarını düzgün hesab edib. Ancaq həkimlər arasında hər kəs qadının həkimi ilə razılaşmayıb - bəziləri baş verənlərə etiraz olaraq istefa verib.