“Region gənclərinin rəqəmsal vətəndaşlıq sahəsində maarifləndirilməsi” layihəsi başa çatıb
Azərbaycan Respublikasının Gənclər Fondunun elan etdiyi 17-ci qrant müsabiqəsinin qalibləri sırasında yer alan“Gənclərin Sosial İnkişafına Dəstək” İctimai Birliyinin“Region gənclərinin rəqəmsal vətəndaşlıq sahəsində maarifləndirilməsi” adlı layihəsibaşa çatıb. 3 mərhələdə: İlk mərhələsi Sabirabad rayonu, ikinci mərhələsi Saatlı rayonu, üçüncü mərhələsi isə Lənkəran rayonunda həyata keçirilən layihə çərçivəsində gənclərə “Rəqəmsal vətəndaşlıq”, “Onlayn təhlükəsizlik və məxfilik” “Faktların yoxlanılması texnikaları” mövzularında məlumat verilib. Həmçinin təlim ərzində gənclərlə müxtəlif qrup işləri keçirilib. Layihənin həyata keçirilməsində məqsəd Azərbaycanda regionlarda yaşayan gənclərin media savadlılığının artırılması fonunda rəqəmsal vətəndaşlıq, dezinformasiyalar və onların aradan qaldırılması üsulları, analitik bacarıqlarının inkişaf etdirilməsi, həmçinin mediadan ərsəyə gələ biləcək təhlükələrdən məlumatlandırmaqdır.