Məhkəmə Rasim Məmmədovla bağlı qərar verdi
Ali Məhkəmədə “Baku Steel Company”nin keçmiş rəhbəri Rasim Məmmədovun barəsindəki məhkəmə qərarından verilən kassasiya şikayətinə
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İlqar Qılıcovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, şikayət təmin edilməyib.
Qeyd: Rasim Məmmədov DTX-nin keçirdiyi əməliyyatla həbs edilib. O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 185 milyon manatlıq yeyintidə təqsirli bilinib. 14 il azadlıqdan məhrum edilib. Bundan əlavə onun Bakı Oksford Məktəbinin binası da daxil olmaqla 70 milyonluq əmlakı müsadirə olunub. Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, Rasim Məmmədovun həbs müddəti 3 ay azaldılıb.
Hökmün müsadirə olunmuş əmlaklarla bağlı hissəsindən Böyük Britaniya şirkəti Baumant Sales LLP –də şikayət vermişdi. Şirkət iddia edir ki, ittiham olunan şəxsə məxsus “Baku Non Ferrous And Foundry Company”nin müsadirə olunması onların maraqlarına toxunur. Belə ki. şirkətin onlara 15 milyon 689 min dollar borcu var. Həmin vəsait də “Baku Non Ferrous And Foundry Company”ə kredit kimi verilib.
Məhkəmə xarici şirkətin də şikayətini əsassız hesab edib.