Sağlamlıq haqqında arayış artıq bu formada veriləcək - DİQQƏT
Əmək və məşğulluq altsistemində yenilik edilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, artıq müəssisələrə sağlamlıq haqqında arayış aparmağa ehtiyac yoxdur. "Bunun üçün vətəndaş sağlamlıq haqqında arayış almalı olduğu ərazi üzrə tibb bölməsinə yaxınlaşmalıdır. Müayinədən keçdikdən sonra vətəndaşın sağlamlıq haqqında arayışı avtomatik şəkildə Əmək və Məşğulluq altsisteminə də inteqrasiya edilir. Bura bütün işəgötürənlər daxildir", - deyə məlumatda bildirilib.
Oxunub: 376
Xəbəri paylaş
Paylaş: