Hansı vitamin çatışmazlığından əziyyət çəkirsiniz?
Hər bir vitamin çatışmazlığının özünəməxsus əlamətləri var. Vitamin çatışmazlığı orqanizmdə bir çox problemlər yaradır. Mediaxeberleri.Az Medicina.az-a istinadən xəbər verir ki, əlamətlərinə əsasən, hansı vitamin çatışmazlığından əziyyət çəkdiyinizi təxmini müəyyən edə bilərsiniz. - Uzunmüddətli yorğunluq, zehnin bulanıqlığı və fiziki koordinasiyanın pozulması - B1, B12 vitamini çatışmazlığı; - Dəri xəstəlikləri və sinir sistemi pozuntuları, eləcə də dodaq və dildə çatların əmələ gəlməsi - B6 vitamini çatışmazlığı; - Qan azlığı - Fol turşusu, B12 vitamini və ya dəmir çatışmazlığı; - Saç və dırnaq problemləri - H vitamini (biotin) və B7 vitamini çatışmazlığı; - Görmə problemləri - A vitamini çatışmazlığı; - Sümük ağrıları - D vitamini çatışmazlığı; Qeyd edək ki, dəqiq nəticə üçün həkimə müraciət edib testlərdən keçmək vacibdir. Özbaşına vitamin əlavəsi almaq tövsiyə edilmir.